Modern.az

Təhsil eksperti Mehriban Əliyevanı belə təbrik etdi...

Təhsil eksperti Mehriban Əliyevanı belə təbrik etdi...

26 Avqust 2018, 19:46

Bu gün ölkənin birinci xanımı Mehriban Əliyevanın ad günüdür. Mehriban xanım Əliyeva vitse - prezident təyin olunduqdan sonra ölkədə idarəçiliyin fəlsəfəsi dəyişdi, institusionallıq gücləndi. Xanım Əliyeva kifayət qədər intellektual şəxsiyyət olduğundan idarəçilik mühitinin rasionallığına töhfələr verdi.

 

“Uğur formulu”nun bütün meyarlarını  onun şəxsiyyətinin portretinə əlavə etmək olar.  

 

Sağlam düşüncə. Bu, uğur qazanmaq üçün əsas faktorlardan biridir. İnsan bəzən bu keyfiyyətlə dünyaya gəlir. Onun ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına verdiyi töhfələr  sağlam düşüncənin məhsuludur. Dünyanın tanınmış simalarının böyük əksəriyyəti bu sahələrin inkişafında əllərindən gələni əsirgəmirlər. Mehriban xanımın bu istiqamətdə gördüyü işlər nümunəvi xarakter daşıyır.

 

İşini bilmək. Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzinin təşkili və idarəolunmasında əvəzsiz xidmətləri var. Bu Mərkəzin həyata keçirdyi layihələr  ölkədə davamlı inkişafa öz töhfəsini verib və verəcək. Onun irəli sürdüyü ideyalar intuisiyasına söykənir, parlaq gələcəyə zəmin yaradır. Xanım Əliyevanın sağlam  düşüncəsi və yüksək intellekti öz gücünə inamını artırır.

 

İşi sona qədər yerinə yetirmək bacarığı. Bu çox mühüm keyfiyyətdir. O, hansı layihəyə imza atıbsa onu uğurla başa çatdırıb. Hesab edirəm ki, ölkəmizin gələcək inkişafı naminə belə layihələrin sayı daha da artacaq. Mehriban xanım tərəfindən irəli sürülən ideyaların zamanında gerçəkləşməsi onun möhkəm xarakteri ilə bağlıdır. 

 

İdarəetmək bacarığı. Dahi alman filosofu İmmanuil Kant idaretmə sənətini ən çətin sənət kimi önə çəkirdi.  Bu qabiliyyət bir-birini yüksək dəqiqliklə tamamlayan sadaladığım keyfiyyətlərin məcmusudur.

 

Yaradıcı potensial. Mehriban Əliyevanın yaradıcı potensialı çox güclüdür. Onun gördüyü işlər yaradıcılıq,  quruculuq nümunələridir, yeniliklərlə zəngindir. Görülən işlərdə mədəniyyət və tolerantlıq elementləri parlaq şəkildə özünü biruzə verir.

 

İnsanlara münasibət. İnsanlara münasibətdə səmimilik faktoru çox önəmlidir. Onun səmimiyyəti əvəzsizdir. Bizlər bunu əyani şəkildə görmüşük. Səmimiyyət Xanım Əliyevanın mənsub olduğu nəslə xas olan əsas keyfiyyət olduğundan bunu irsi də adlandırmaq olar.

 

Müdriklik. Bu keyfiyyət xüsusi bilik və təcrübə tələb edir. Mehriban Əliyevanın nitqləri, gördüyü əməli işlər onun müdriklik zirvəsini fəth etməsinə sübutdur. Buna sahib olanlar  təkcə öyrətmirlər, idarəetmə və rəhbərlik qabiliyyəti ilə də seçilirlər. Hər yeni ideya üfüqdə dan ulduzu kimi parlayır...

Mehriban xanım Əliyevaya gələcək işlərində uğurlar arzulayıram…

 

Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir