Modern.az

Sinoptiklər sabahın hava proqnozunu açıqlayıblar

Sinoptiklər sabahın hava proqnozunu açıqlayıblar

İqtisadiyyat

1 Oktyabr 2011, 14:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 2-nə gözlənilən hava proqnozunu açıqlayıb. Modern.az Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 2-də fasilələrlə yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli güclü olacağı ehtimalı var. Gündüz saatlarında yağış tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 10-14 dərəcə isti təşkil edəcək.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir