Modern.az

Xəstəxanaların generator problemi həll olundu? - Səhiyyə Nazirliyindən AÇIQLAMA  

Xəstəxanaların generator problemi həll olundu? - Səhiyyə Nazirliyindən AÇIQLAMA   

27 Avqust 2018, 10:06

Hazırda bütün xəstəxanaların generatorlarla təchizatı işi davam etdrilir.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

O qeyd edib ki, indiyədək bütün həyati əhəmiyyətli tibb müəssisələrində, reanimasiyalarda, doğuş xidmətlərində generatorlar var idi. Hazırda bütün tibb müəssisələrində generatorlar quraşdırılır”.

S.Əhmədova deyib ki, yaxın vaxtlarda işlər tam olaraq yekunlaşacaq.

 

Xatırladaq ki, iyulun 2-də və 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş enerji qəzası zamanı bütün ölkə qaranlığa qərq olmuşdu. Həmin vaxt bir çox xəstəxanlarda generatorların olmadığı müəyyən olunmuşdu.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı