Modern.az

Merkellə görüşə gedənlər niyə Qarabağla bağlı sual vermədilər? - AÇIQLAMA  

Merkellə görüşə gedənlər niyə Qarabağla bağlı sual vermədilər? - AÇIQLAMA    

27 Avqust 2018, 14:54

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri başa çatsa da, bununla əlaqədar müzakirələr bitmir. Merkelin səfər zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də müzakirə mövzularından biridir.  Həmin görüşdə Turqut Qəmbər, Xədicə İsmayıl, Əvəz Həsənov, Şəhla İsmayıl, Sevinc Səmədzadə iştirak ediblər.

Görüşlə bağlı müəyyən fikirlər, iradlar səsləndirilir. Vətəndaş cəmiyyətinin nümayəndələri Merkelə xüsusilə Qarabağ problemilə bağlı sual vermədiklərinə görə ittiham olunur.


Səsləndirilən ittihamlarla  bağlı NİDA-çı Turqut Qəmbər Modern.az saytına açıqlama verib. O bildirib ki, qeyd edilənlər yanlışdır:


“Mən açıqlamamda da bu barədə qeyd etmişdim. Orda bir sıra məsələlərlə bərabər, Qarabağ mövzusuna  toxunuldu, bunun ətrafında söhbətlər oldu. Deyilənlər həqiqətə uyğun deyil”.

T.Qəmbər qeyd edib ki, görüş zamanı aparılan müzakirələrin hər hansı konkret nəticəsi yoxdur:

“Bilirsiniz, ordakı danışıqlardan, deyilən məsələlərdən hansısa qərarlar, düşüncələr konkret görünmədi. Həm də mənə elə gəlir ki, görüş zamanı deyilən fikirləri səsləndirənlər bu barədə  özləri danışsalar, daha  yaxşı olar. Çünki bu, kifayət qədər həssas görüş idi. Və alman tərəfi də görüşlərdən sonra Qarabağ mövzusunda açıqlama verib. Ona görə də xüsusi bir şey demək olmur. Sadəcə vurğuılamaq istəyirəm ki, görüşdə Qarabağ mövzusu da müzakirə edilib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir