Modern.az

“Kerulen Ekspedisiyası” türk tarixinə yeni bir səhifə yazdı

“Kerulen Ekspedisiyası” türk tarixinə yeni bir səhifə yazdı

27 Avqust 2018, 15:55

Qazaxıstanın “Kazinform” Dövlət Agentliyinin  məlumatına görə,   Beynəlxalq Türk Akademyasının (TWESCO) Monqolustanın Burxan Xaldun kəndinin yaxınlığından keçən Kerulen çayının vadisində  türk tarixini dəyişə biləcək arxeoloji tapıntılar aşkar ediblər. Bu haqda  Monqolustanın Milli  Tarix Muzeyinin  direktoru Daqvaadorjiin Suxbaatar  Ulan Batorda keçirdiyi mətbuat konfransında bəyanat verib.


P:S: Kerulen çayı öz başlanğıcını   hündürlüyü 1700-2000 metr olan Xentey dağlarının ətəyindən götürür və dəniz səthindən 539 metr yüksəklikdə olan Dalaynor gölünə axır. Çayın uzunluğu 1264 kilometr, hövzəsi isə 116400 kvadrat kilometrdir. Kerulen çayı susuz səhralardan keçərək, burada yaşayan insanlara və canlılara həyat verir (red: A.E.)

Monqolustan Milli Tarix  Muzeyinin direktoru qeyd edib ki,  Kerulen çayının sahillləri və ətrafı türk tarixini yaradan xaqanların yaşayış məskəni olub.  Əvvəllər də qeyd edildiyi kimi, TWESCO və Monqolustanın Milli Muzeyi “Kerulen Ekspedisiyası”nın tərkibində  Xentey əyalətinin Delgerxan  massivindəki “Xayaxudaq” və “Günbürd” komplekslərində, tükün qədim tarixini öyrənmək üçün  arxeoloji qazıntılar aparmağa başladılar. Biz əvvəllər də bilirdik ki, bu region qədim türk tarixinə işıq sala biləcək sirrləri özündə gizlədir. Kerulen-Kentey Monqolustanın şimali-şərq bölgəsində yerləşir və bu məkan qədim hunların və türklərin yaşadıqları ərazi olub.

Monqolustanın tarix elmləri doktoru  Daqvaadorjiin Suxbaatarın sözlərinə görə, “Kerulen” TWESCO Monqolustan Milli Tarix Muzeyinin birgə layihəsini həyata keçirən ekspedisiya qazııntılara başladıqdan sonra burada elmə məlum olmayan  VI-VIII əsrlərə aid kompleksi  aşkar edib. Kompleksin sahəsi 30 kvadrat metrdir. Ötən əsrlərdə bu kompleksin üzərinə torpaq layları örtüb.  Burada tapılan müqəddəs əmanətlər  Türk dövrü abidələrini zənginləşdirəcək. Alimlər deyirlər ki, “Xayaxudaq” kompleksi 2 metrlik kurqanın arxasında yerləşir, o ətrafdakı ərazidən 1 metrlik uzunluğunda olan yarğanla ayrılır. Bu yarğanda, 2 metr 20 santimetr dərinlikdə, saxsı bardaq , iki daş insan heykəli və digər əşyalar tapılıb.

Monqolustanın  Milli Tarix Muzeyinin əməkdaşı, arxeoloq Çinbold Bayandelqer qeyd edib ki, tədqiqatlar nəticəsində burada tirdən olan dirəklərlə tikilmiş, damı taxta lövhələrindən inşa edilmiş ibadətgahın olduğu müəyyən edilib. Ehtimal etmək olar ki,  Kerulen   xanların, xaqanların taxta çıxarıldığı iqamətgah olub.

2017-ci ildə Beynəlxalq Türk akademiyası  “Burxan Xaldundan Ulutauya qədər: tarixi yaddaşın oyanışı” adlı ekspedisiya təşkil etmişdi. Bu ekspedisiyanın alimləri  Qazaxıstanın Ulutau şəhərində Çingiz xanın oğlu Cuçi xanın  mavzoleyini ziyarət etdilər. Artıq  alimlərimiz burada da   qurbangahın olduğu fikrinə gəliblər. Burada tapılan zəngin xəzinə də , onu deməyə əsas verir ki,  biz qədim türk tarixini dəyərli eksponatlarla zənginləşdirməkdəyik. “Xayaxudaq” kompleksindən  tapılan qaşları tarım çəkilmiş,  iti burunlu  saqqalı  kişi heykəli  bir döyüşçünün heykəlidir. Digəri isə  hündür baş geyimli, hündür boylu köçəri türk gözəlidir. Qeyd etmək yerinə düşər ki, adətən qədim arxeoloji eksponatlar içərisində qadın heykəlinə çox nadir hallarda rast gəlinir. Ona görə də bu dəfə tapılan qadın heykəli çox qiymətli bir tapıntıdır. Kompleksdə eyni zamanda  bizim atlardan daha iri gövdəli  olan at sümükləri və skeletləri, aşkar edilib , Bu da onu deməyə əsas verir ki,  bu atlar hər zaman döyüşlərdə, çöllərdə çaparaq yaşayıblar.

Qurbangahda tapdıqlarımız isə onu deməyə əsas verir ki,  bu ibadətgahda insanlar Tanrıya qurbanlar kəsib, və əcdadlarının ruhuna baş əyiblər.  Monqolustanın şimali-şərqində , Kerulen vadusundə tapılan qədim türk abidələri qədim türk tarixini zənginləşdirəcək. Bizə qədim türklər haqqında geniş bilgilər verəcək.

Türk tarixinə işıq tutan  qədim tarixi abidələrin tapılmasının əhəmiyyətini vurğulayan TWESCO rəhbəri , akademik Darxan Kıdıralı yenilikləri ümumi türk tarixinə verilən bir tövhə kimi qiymətləndirib. O bildirib ki,   bu ilin avqust ayının əvvəlində  rəhbərlik etdiyi akademiyanın bir qrup əməkdaşı arxeoloji qazıntılar aparılan ərazidə olublar.  Kerulen çayının vadisi və Kentay ərazisi türk dünyasında xüsusi əhəmiyyəti olan məkanlardır. Burada türk tarixinin sirrləri gizlənir. Bizim qazıntılar apardığımız yerlərdə türk dövrünün daş yaddaşı çox nəfis şəkildə qorunub saxlanır. Bunu tarix və ana təbiət  dünyaya dərs olun deyə belə saxlayıb və qoruyub. Həm də monqol xalqı öz adət ənənələri və tərbiyələrinə uyğun olaraq,  müqəddəs yerləri çox böyük məhəbbətlə qoruyub saxlayıblar. Biz də Beynəllxalq Türk Akademiyası olaraq, onlara dəstək verdik.  Kerulen çayı vadisinin ətrafında arxeoloji qazıntılar zamanı tapılan abidələr isə qədim və şanlı türk tarixinin yeni dəyərli səhifələridir. Biz axtarışdayıq və hr zaman yeni səhifələr açmaq üçün axtarışlarımızı davam edirik.

Tərcümə etdi: Aida Eyvazlı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir