Modern.az

Şəhriyar Məmmədyarov üçün sponsorluq TƏKLİFLƏRİ gəldi - Bank, otel, şirkət...

Şəhriyar Məmmədyarov üçün sponsorluq TƏKLİFLƏRİ gəldi - Bank, otel, şirkət...

28 Avqust 2018, 14:50

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun qalmaqallı statusundan sonra ona sponsorlar tərəfindən çoxlu sayda müraciətlər ünvanlanıb.

Modern.az saytı  xəbər verir ki, bu barədə Şahmat Federasiyasının mətbuat katibi Sənan Şəfizadə bildirib. O deyib ki, iki bank, qida sektorunu təmsil edən bir şirkət, bir otel onunla sponsorluq müqaviləsi imzalamağa hazırdır:

“Menecerinə yönəltmişik, yəqin, nəticəsi müsbət olacaq. Bir şirkət üç il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də, dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə, çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun”.

Qeyd edək ki, Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov sponsoru olmadığına görə yarışlara öz pulu hesabına getdiyini, artıq yorulduğunu bildirib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər