Modern.az

Prezidentdən SƏRƏNCAM: birinci müavin Ağdama icra başçısı gətirildi

Prezidentdən SƏRƏNCAM: birinci müavin Ağdama icra başçısı gətirildi

28 Avqust 2018, 15:39

Prezident İlham Əliyev Vaqif Bəhram oğlu Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda bildirilib:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Qeyd edək ki, Vaqif Həsənov Bakının Xəzər Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini idi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi