Modern.az

Orfoqrafiya qaydaları ilə bağlı müzakirələr başa çatıb - Prezidentə təqdim olunacaq  

Orfoqrafiya qaydaları ilə bağlı müzakirələr başa çatıb - Prezidentə təqdim olunacaq   

29 Avqust 2018, 09:12

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti bir müddət öncə yeni orfoqrafiya lüğətinin yaradılması ilə bağlı Orfoqrafiya komissiyası yaradıb.

Orfoqrafiya komissiyasına Akademiyanın dilçi və digər humanitar sahəni təmsil edən əlaqəli akademikləri daxildir. Orfoqrafiya  komissiyasının ölkə miqyaslı əhəmiyyəti nəzərə alınaraq, quruma Təhsil, Mədəniyyət nazirliklərinin, Reklam Agentliyinin, Tərcümə Mərkəzinin və Terminalogiya komissiyasının təmsilçiləri də daxil edilib.

Üstündən xeyli müddət keçsə də, Orfoqrafiya lüğəti barədə hər hansı məlumat yoxdur.

Modern.az saytı yenilikləri öyrənmək üçün Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli ilə əlaqə saxlayıb.


O, saytımıza açıqalamasında bildirib ki, yarımçıq qalan işlərə sentyabrdan baxılacaq.


“Hələ ki, Orfoqrafiya lüğəti barədə yenilik yoxdur. Çünki hamı tətildədir. Buna baxmayaraq, artıq Orfoqrafiya qaydaları haqqında müzakirələr başa çatıb. Yay tətili bitəndən sonra Orfoqrafiya Komissiyası qaydalar haqqında yekun elmi qənaətlərə gələcək. Sentyabr ayında keçiriləcək Orfoqrafiya Komissiyasının növbəti iclasında qaydalar haqqında müzakirələrə yekun vurulacaq. Bunun əsasında Azərbaycanda müstəqillik dövründə sistemli şəkildə ilk dəfə, elmi cəhətdən əsaslandırılmış Orfoqrafiya qaydaları təsdiq olunacaq. Yeni qaydalar əsasında müasir tələblərə cavab verən yeni Orfoqrafiya lüğəti hazırlanacaq. Komissiya üzvləri tətildən qayıdan kimi Orfoqrafiya lüğəti nəzərdən keçiriləcək və bundan sonra prezidentə təqdim olunacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir