Modern.az

Milli Məclis xüsusi iclas keçirəcək - Tarix açıqlandı

Milli Məclis xüsusi iclas keçirəcək - Tarix açıqlandı

29 Avqust 2018, 12:17

2018-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. İlboyu həm xarici ölkələrdə, həm də ölkə daxilində bununla bağlı silsilə tədbirlər keçirilir.

Bu il həm də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaradılmasının 100 illik yubileyi tamam olur. Bununla bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi də nəzərdə tutulub.


Modern.az-a
bu barədə məlumat verən deputat Araz Əlizadə bildirib ki, Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar xüsusi iclası sentyabrın 20-də keçiriləcək.


“Xüsusi iclasa xarici ölkələrdən dəvət edilən qonaqlar isə Bakıya sentyabrın 19-da gələcək”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

 

Dövlət başçısı bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir