Modern.az

Prezidentin alman iş adamlarına təklifi Azərbaycana nə verəcək?

Prezidentin alman iş adamlarına təklifi Azərbaycana nə verəcək?

İqtisadiyyat

29 Avqust 2018, 12:16

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Almaniya Kansleri Angela Merkellə birgə iş adamları ilə görüşündə iki ölkə arasındakı iqtisadi əlaqələrə diqqət çəkib.

 

Prezident qeyd edib ki, Almaniya şirkətləri Azərbaycana qeyri-neft sektorunun inkişafında kömək göstərə bilərlər.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin üzvü Tahir Mirkişili Modern.az-a açıqlamasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərindən danışıb. O bildirib ki, Almaniya-Azərbaycan iqtisadi münasibətləri tarixən sənaye istehsalı üzərində qurulub:

 

“19-cu əsin ortalarından başlayaraq Almaniyanın “Siemens” şirkəti Azərbaycan ərazisində mis və kobalt yataqlarının istismarı ilə məşğul olmağa başlayıb. Bu gün də Azərbaycanın qeyri-neft sektorunda Almaniyanın 150-ə yaxın şirkəti çalışır. Ümumiyyətlə, Alman şirkətləri dünyada sənaye və mühəndislik sahəsində ən yaxşı təcrübəyə malik şirkətlər hesab olunur.

Dünyada məşhur “Siemens”, “Bosch”, “Mercedes”, “BMW”, “Folkswagen” kimi alman şirkətlərinin Azərbaycanda aktiv fəaliyyətlərini görmək mümkündür”.

Deputat deyib ki, Azərbaycanda sənayenin inkişafı dövlət siyasətidir:

 

“Qeyri-neft sektorunda sənaye sürətlə inkişaf edir. Bu məqsədlə ölkəyə yeni texnologiyalar və innovasiyalar gətirilir. Düşünürəm ki, məhz bu istiqamətdə alman şirkətləri ilə əməkdaşlıq Azərbaycan sənayesinə xeyli fayda verə bilər.

 

Məsələn, Almaniyanın “BAYER” şirkəti əczaçılıq sahəsində dünyada ən məşhur şirkətlərdən biridir. Və ya “Volkswagen Group” dünyanın 150 ölkəsində fəaliyyət göstərir, bu qrupun ölkəmizdə fəaliyyətinin istehsal yönümündə inkişafı Azərbaycan sənayesinə xeyli faydalı ola bilər.

 

Peşə, mühəndislik təhsili sahəsində Almaniya dünyada ən çox uğur qazanan ölkələrdəndir. Bu sahədə əməkdaşlığın dərinləşdirilməsi peşə təhsilimizin inkişfına dəstəkdə böyük rol oynayar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı