25 sentyabr 2018, Çərşənbə
Ana Səhifə - MEDİA - Bizimkilər - İlham Tumas: “Gündəliyimi yazıram, Leninin kitablarına baxıram...” - FOTOLAR
Bizimkilər - İlham Tumas: “Gündəliyimi yazıram, Leninin kitablarına baxıram...” - FOTOLAR +
29.08.2018, 13:46

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...


“Bizimkilər”in növbəti qonağı tanınmış jurnalist İlham Tumasdır.

İlham Tumas 1972-ci il oktyabrın 19-da Sumqayıt şəhərində anadan olub.  1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin fizika və 1993-1996-cı illərdə isə universitetin sosial elmlər və psixologiya fakültəsində  təhsil alıb. İxtisasca filosofdur.

1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist  N saylı hərbi hissənin tərkibində əlahiddə “Qurtuluş”  taborunda Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib:


“1992-ci ildə tələbəykən “Qurtuluş” taburunda olduq, Tərtərdə gedən döyüşlərdə iştirak elədik. Onda “fizfakda” oxuyurdum, qayıdandan sonra fərq imtahanı ilə keçdim fəlsəfəyə. Universiteti 1996-cı ildə bitirdim, qısa müddət yenidən mətbuatda işlədim. Sonra isə o vaxt Ali Diplomatiya Kolleci var idi, orada bir müddət prorektorun köməkçisi, sonra elmi katib kimi çalışdım. Rəhmətlik filosof Cəmil Əhmədlinin yanında. Sonra da zabit kimi təzədən hərbi xidmətə getdim, Murov bölgəsində oldum”.

İlham Tumas 1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.


Hərbçilikdən jurnalistikaya gedən yol...

“Etiraf edim, jurnalistikaya gəlişim sırf dolanışıq ucbatından olub. Tələbəydim, döyüşlərdən yeni gəlmişdim. Bakıda kirayə qalırdım, tələbə kimi yaşamalıydım.  Qəzetlərə yazılar verməyə başladım.  “Avrasiya”, “Kino” qəzetlərində yazılarım çıxırdı, xırda qonorarla yaşamalıydım. Beləcə, başladı hər şey...

Ancaq ilk yazım 1992-ci ildə könüllü döyüşçü olduğum vaxtlarda “Azərbaycan” qəzetində çıxıb. Bakıya gələndə Rüstəm Behrudiyə  Qarabağ döyüşləri ilə bağlı bir yazı gətirdim - "Ruhların söhbəti" adlı.  Şairimiz sağ olsun, 19 yaşlı gəncin yazısını 300 min tirajı olan qəzetdə verdi”.

Müsahibimiz müxtəlif mətbu orqanlarda, o cümlədən, “Avrasiya”, “Kino”, “Ayna”, “Panorama”, “Hürriyyət”, “Vətəndaş Həmrəyliyi”, “Xural”, “Ekspress”, “24 saat”, “Nota Bene” qəzetlərində çalışıb. 2008-ci ilin martından noyabrına qədər “24 Saat” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən “Bir qəzanın tarixçəsi” və Birinci Cümhuriyyət dövrünə dair “Cümhuriyyət qurbanları”, AzTV-də “Heydər Əliyevə apologiya”, “Naxçıvan həqiqətləri”, “Vanqa”, “Qorxulu Rasputin”, “İvanovka nümunəsi” və digər çoxsaylı sənədli filmlərin müəllifidir. “Salnamə” Sənədli Filmlər Studiyasinda “Təxəllüsü Mixaylo”, “Sualtı səltənət” sənədli filmlərinin redaktoru olub.
APA TV-də “İlham Tumasla 40 dəqiqə” müəllif-layihəsinin aparıcısı olub.



“O illər üçün çox darıxıram..”


İlham Tumas deyir ki, o, jurnalistikaya gələndə qəzetlər köhnə üsulla çıxırdı:


“Qurğuşunun havasını udmuşam. Aylarla redaksiyalarda qaldıq, illərlə səhər açılanda getdik evə... Çətin idi. Amma  deyim, o illər üçün çox darıxıram.

Bu gün isə jurnalistika yoxdur.  Əgər biri istədiyini, təbii, normal və yazıya yarayan istədiyini yazmağa bir yer tapmırsa, hansı jurnalistikadan danışım?  Bu gün bilirsiniz, Azərbaycanın adlı-sanlı jurnalistləri hamısı kənardadır. Qəzetlərə, mətbu orqanlara etibar eləyən, can, nəfəs verən peşəkarlar qaçdı bu sahədən. İnciməyin, vallah, əvvəllər başqa idi... İndi baş verənlər çatmır mənə”.


“Bir daha olmayacaq..”

Təəssüf  ki, həmkarımızın  jurnalistika ilə bağlı pessimist düşüncələri var:

“Jurnalistika ilə bağlı bütün gerçəklik mənim üçün ondan ibarətdir ki... Bir daha olmayacaq. Sosial şəbəkə - əsasən Facebook artıq yeni jurnalistikadı məncə. Nə qədər pessimist səslənsə də, belə düşünürəm. Özümə gəldikdəsə, əsasən kitablar oxuyuram, gündəliyimi yazıram, gündəmi izləyirəm ki, görüm nələr baş verir. Şair demişkən, “baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün... Vəssalam!”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail ordusuna İranla bağlı əmr verildi
25.09.2018, 16:41

İsrail ordusuna İranla bağlı əmr verildi

FHN işçi axtarır
25.09.2018, 16:32

FHN işçi axtarır

Mehriban Əliyeva: “Xalq Cümhuriyyəti ölkəmiz üçün çox vacib olan addımlar atdı”
25.09.2018, 16:28

Mehriban Əliyeva: “Xalq Cümhuriyyəti ölkəmiz üçün çox vacib olan addımlar atdı”

Onlar qurultaya HAZIRLAŞIR – Biri səfirləri də dəvət etmək istəyir
25.09.2018, 16:27

Onlar qurultaya HAZIRLAŞIR – Biri səfirləri də dəvət etmək istəyir

İşıq sürəti ilə hasil olan işıqlı məkanlar - Heydər Əliyev Fondundan yayılan ZİYA
25.09.2018, 16:09

İşıq sürəti ilə hasil olan işıqlı məkanlar - Heydər Əliyev Fondundan yayılan ZİYA

Azərbaycanda bütün rəsmi saytlar dayandı və... - YENİLƏNİB
25.09.2018, 15:58

Azərbaycanda bütün rəsmi saytlar dayandı və... - YENİLƏNİB

İşlədiyi obyektdən oğurluq edən saxlanılıb
25.09.2018, 15:52

İşlədiyi obyektdən oğurluq edən saxlanılıb

 “Whatsapp”da əhalini təşvişə salan səs yazısı ilə bağlı rəsmi AÇIQLAMA
25.09.2018, 15:46

 “Whatsapp”da əhalini təşvişə salan səs yazısı ilə bağlı rəsmi AÇIQLAMA

Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi 
25.09.2018, 15:27

Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi 

Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”
25.09.2018, 15:23

Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”

Çin ABŞ-ı “xuliqanlıq”da ittiham etdi
25.09.2018, 15:09

Çin ABŞ-ı “xuliqanlıq”da ittiham etdi

Efiopiyada Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş filmin təqdimatı oldu
25.09.2018, 15:04

Efiopiyada Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş filmin təqdimatı oldu

25.09.2018, 15:02

"Qaçqınkom" sədri köçkünlərlə görüşdü - FOTO

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - FOTOLAR
25.09.2018, 15:00

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - FOTOLAR

Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"
25.09.2018, 14:43

Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"

Zeynab Kazımovaya gömrükdə yeni vəzifə verildi   
25.09.2018, 14:42

Zeynab Kazımovaya gömrükdə yeni vəzifə verildi  

Gənclərin NƏZƏRİNƏ: Karyera yarmarkası keçiriləcək
25.09.2018, 14:28

Gənclərin NƏZƏRİNƏ: Karyera yarmarkası keçiriləcək

İran rəhbərliyi Trampa ismarıc yolladı
25.09.2018, 14:22

İran rəhbərliyi Trampa ismarıc yolladı

İraq prezidentinin adı oktyabrın 2-də açıqlanacaq
25.09.2018, 14:13

İraq prezidentinin adı oktyabrın 2-də açıqlanacaq

Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb - FOTO
25.09.2018, 14:03

Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb - FOTO

Azərbaycan yeni aviasiya bombası istehsalına başlayıb 
25.09.2018, 14:01

Azərbaycan yeni aviasiya bombası istehsalına başlayıb 

“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”
25.09.2018, 13:59

“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”

Mətbuat Şurasında veteran jurnalistin 85 yaşı qeyd olundu
25.09.2018, 13:49

Mətbuat Şurasında veteran jurnalistin 85 yaşı qeyd olundu

Yerevanda xəstəxanada partlayış oldu - 1 nəfər öldü
25.09.2018, 13:46

Yerevanda xəstəxanada partlayış oldu - 1 nəfər öldü

Ölkə başçısı Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi - YENİLƏNİB
25.09.2018, 13:32

Ölkə başçısı Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi - YENİLƏNİB

Qəbələdə fındıq oğurlayanlar tutuldu
25.09.2018, 13:29

Qəbələdə fındıq oğurlayanlar tutuldu

Almaniya İranla nüvə razılaşmasının saxlanılmasını istəyir
25.09.2018, 13:28

Almaniya İranla nüvə razılaşmasının saxlanılmasını istəyir

Sabahın hava PROQNOZU
25.09.2018, 13:27

Sabahın hava PROQNOZU

“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan TƏKLİF
25.09.2018, 13:25

“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan TƏKLİF

Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB  
25.09.2018, 13:25

Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB  

Sabahdan hava pisləşəcək, güclü külək, leysan, daşqın gözlənilir - XƏBƏRDARLIQ
25.09.2018, 13:17

Sabahdan hava pisləşəcək, güclü külək, leysan, daşqın gözlənilir - XƏBƏRDARLIQ

“Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır?” - Palata suala CAVAB VERDİ   
25.09.2018, 13:11

“Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır?” - Palata suala CAVAB VERDİ  

İlham Əliyev silahlarla tanış oldu - FOTOLAR
25.09.2018, 13:04

İlham Əliyev silahlarla tanış oldu - FOTOLAR

Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı - Alınan SİLAHLAR...
25.09.2018, 13:02

Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı - Alınan SİLAHLAR...

Azərbaycanda yeni unikal silah istehsal olundu - FOTO
25.09.2018, 12:54

Azərbaycanda yeni unikal silah istehsal olundu - FOTO

Almasatanın DƏRDİ   
25.09.2018, 12:48

Almasatanın DƏRDİ  

Şəkidə 86 yaşlı kişi itkin düşdü
25.09.2018, 12:42

Şəkidə 86 yaşlı kişi itkin düşdü

Qanunsuz ov edən 2 nəfər saxlanıldı
25.09.2018, 12:35

Qanunsuz ov edən 2 nəfər saxlanıldı

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır” - Komitə sədrindən ETİRAZ
25.09.2018, 12:29

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır” - Komitə sədrindən ETİRAZ

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı
25.09.2018, 12:23

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı

Ən ümidverici cüdoçumuz dünya çempionatında uduzdu   
25.09.2018, 12:16

Ən ümidverici cüdoçumuz dünya çempionatında uduzdu  

Zərdabda təzə gəlin 3 aylıq uşağı ilə evdən qaçdı - FOTO
25.09.2018, 12:16

Zərdabda təzə gəlin 3 aylıq uşağı ilə evdən qaçdı - FOTO

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018, 12:13

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır

Ferdinandde Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda çap olundu
25.09.2018, 12:05

Ferdinandde Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda çap olundu

Azərbaycan Banklar Assosiasiyasında yeni TƏYİNATLAR oldu
25.09.2018, 11:58

Azərbaycan Banklar Assosiasiyasında yeni TƏYİNATLAR oldu

Trampla Makronun arası dəyib
25.09.2018, 11:54

Trampla Makronun arası dəyib

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı
25.09.2018, 11:38

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək
25.09.2018, 11:30

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

Ağcabədidə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır 
25.09.2018, 11:27

Ağcabədidə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır 

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ
25.09.2018, 11:23

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ

ARXİV