Modern.az

Yer yerindən oynaya bilər – dəhşətli müharibə PLANLARI

Yer yerindən oynaya bilər – dəhşətli müharibə PLANLARI

Dünya

30 Avqust 2018, 11:35

Bir ay bundan qabaq sirli alovlu kürəşəkilli maddə Yerə yaxınlaşdı və Amerika bazası yaxınlığında partladı. Alimlər güman edirlər ki, bu maddə Qrenlandiyadakı Tula ərazisində erkən xəbərdarlıq bazasını qıran meteorit olub, lakin məsələ Pentaqonda narahatlıq yaradıb.

 

Modern.az saytının beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bəzi ekspertlər isə düşünürlər ki, bu, düşmən raketidir. ABŞ Silahlı Qüvvələri ilk olaraq özünün müşahidə qabiliyyətinin zəifləməsindən qorxur, çünki bu, boşluqlar və ciddi risklər yarada bilər.

 

Hazırda ən böyük zəiflik onunla bağlıdır ki, dünya Yer ətrafında fırlanan süni peyklərdən asılıdır. Həmin süni peyklərə gəmiçilik, hətta saatın çox dəqiq sinxronlaşdırılması üçün güclü naviqasiya lazımdır.

 

Hərbi analitiklər düşünür ki, dünyanın ən qabaqcıl orduları kosmosdan hər saniyə məlumat göndərilmədən effektiv işləyə bilməz.

 

ABŞ Hərbi Hava Qüvvələri kosmosdan məlumatları daha operativ almaq üçün 31 GPS peykindən istifadə edir.

Tulada düşmüş meteorit ABŞ prezidenti Donald Trampa xüsusi təyinatlı kosmik güclərin yaradılmasının yeni planını reklam etməyə kömək edir.

 

Xüsusi təyinatlı kosmik qüvvələrin dəniz və quru qoşunları ilə bərabər statusa malik olacağı gözlənilir. Tramp administrasiyası bəyan edib ki, bu, 30 min heyətdən formalaşdırılmış kosmik qoşunların elit qrupu olacaq.

Ehtimal olunur ki, bu güclər 2020-ci ilə qədər döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Tənqidçilərin fikrincə, bu, prezidentin seçkiqabağı kampaniyası ilə üst-üstə düşəcək.

Kosmik qüvvələr yaradılsa belə, onun saxlanılması üçün çox böyük xərc lazımdır. Buna görə də ekspertlər düşünür ki, ABŞ Konqresi kosmik güclərin maliyyələşdirilməsi məsələsinə razı olmayacaq.

 

2007-ci ildə Çin raketlə meteoroloji peyki məhv etdi və bununla nümayiş etdirdi ki, onda kifayət qədər dəqiq silah var.

 

Bundan başqa Çin dünyada kvant kriptoqrafiyasının köməyi ilə informasiya ala bilən ilk peyki kosmosa buraxıb. Rusiya isə antipeyk raketlərinin müvəffəqiyyətli sınaqlarını keçirib.

 

Halbuki kosmosda təhlükələrə qarşı bütün metodlar ABŞ Hərbi Hava Qüvvələrinin vasitəsi ilə həyata keçirilirdi. Trampın ideyası müvəffəqiyyət qazansa, ABŞ-ın yanaşması daha da sərtləşəcək.

 

Peyklərin yerüstü stansiyalarına kiberhücumlar olur ki, bu da böyük müharibənin potensial ilk addımlarından hesab olunur.

Kosmik müharibə müasir dövrdə artıq yalnız elmi fantastikanın predmeti deyil, bu, həm də real siyasətdir.

 

Yayılan məlumatlara görə, ABŞ kosmik müharibələrin aparılması üçün komanda mərkəzlərinin yaradılması ideyasına Ronald Reyqanın ulduz müharibələri proqramı üslubunda baxır.

Həmin proqramda SSRİ ballistik raketlərinin peyklərin kombinasiyasından yığılmış şüa silahı ilə məhv edilməsi nəzərdə tutulurdu.

 

Yəqin ki, Donald Tramp da yeni strategiya ilə Moskva və Pekini kosmik məkanda güzəştə getməyə məcbur etmək istəyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?