Modern.az

Koçaryan Sarkisyanı da bitirir

Koçaryan Sarkisyanı da bitirir

Qarabağ

30 Avqust 2018, 13:07

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın xələfi Serj Sarkisyanın ünvanına ittihamlar səsləndirməsi ölkə mətbuatının əsas müzakirə predmetinə çevrilib.

 

Koçaryanın müsahibəsində Sarkisyanın Konstitusiya islahatlarının tərəfdarı olmadığını qeyd etməsi ciddi mesaj hesab olunur.

 

“Mən hələ o vaxt bu islahatların ictimai tənqidi ilə çıxışlar etdim. Və təbii ki o (Serj Sarkisyanı nəzərdə tutur) baş nazir kreslosuna oturaraq hakimiyyəti saxlamağa çalışmamalı idi” – deyə Koçaryan bildirib.

 

Modern.az saytının məlumatına görə, Ermənistanın nüfuzlu 1in.am analitik portalı yazıb ki, hazırda ölkədə keçmiş siyasi komandaların mübarizəsi başlayır.

 

Əslində Robert Koçaryanın müsahibəsi sübut etdi ki, o, Sarkisyanla münasibətlərini aydınlaşdırmaq üçün praktiki olaraq siyasətə daxil olur.

 

Sarkisyan-Koçaryan qarşıdurmasının tarixi 10 il bundan əvvələ qədər gedib çıxır. Erməni ekspertlər düşünür ki, bu mübarizədə Koçaryanın mövqeləri daha əlverişli olub.

Ermənistanın baş naziri Nikol Paşinyanla mübarizədə əsas rıçaqlar hazırda Koçaryanın əlindədir.

 

Koçaryan Paşinyan hakimiyyətə gələnə qədər nəzərəçarpacaq aktivlik nümayiş etdirməyib, sanki o, Sarkisyanın məğlubiyyətini gözləyirdi.

Görünür, Koçaryan son on illiklərdə öz perspektivi üçün ssenarilər qurub. Hazırda Sarkisyan da Koçaryanın rəqibi sayılır, amma Paşinyandan narazı elektoratı birləşdirən əsas mərkəz Koçaryandır.

 

Qeyd edək ki, bundan əvvəl Koçaryanın Ermənistandakı Rusiya yönümlü elektoratı öz ətrafına yığacağı bildirilirdi. Həmçinin Gürcüstanın eks-prezidenti Mixayıl Saakaşvili də payızda Rusiyanın Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu çıxaracağını söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!