Modern.az

Bakı meriyası söküntülərə başladı - FOTOLAR

Bakı meriyası söküntülərə başladı - FOTOLAR

30 Avqust 2018, 13:19

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qanunsuz tikililərin və zəbt olunmuş torparların hasarlarının söküntüsünə başlayıb.

 

BŞİH-dən Modern.az-a verilən məlumata görə, son vaxtlarda Bakı şəhəri ərazisinin bəzi yerlərində müxtəlif işbazlar, ayrı-ayrı vətəndaşlar, ictimai-iaşə obyektlərinin sahıbləri tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada müxtəlif təyinatlı tikili və obyektlər inşa olunmuş, eyni zamanda bəzi vətəndaşlar həyət və yol kənarlarında yerləri zəbt edərək hasarlamış və buradan öz məqsədləri üçün istifadə edirlər.

 

Əksər hallarda bu hərəkətlər səkilərin və yolların daralmasına səbəb olaraq gediş-gəliş üçün maneə və təhlükələr yaradır. Həyətlərdə tikilən müxtəlif təyinatlı iaşə və digər obyeklər sakinlərin istirahətinə mane olur və haqlı narazılıqlar yaradır.

 

Paytaxtın mərkəzi və ətraf rayonlarda yol verilmiş nöqsanların aradan qaldıralması, səki, yollar, keçidlərin dediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsi, sakinlərimizə narahatçılıq yaradan digər amillərin aradan qaldırılması məqsədi ilə, həmçinin ölkə başçisinin tapçırıqlarına əsasən paytaxtda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrup tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədi ilə reydlər keçirilmiş, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

 

Artıq BŞİH tərəfindən qanunsuz tikili və obyektlərin, zəbt olunmuş torpaq sahələrinin hasarlarının sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün hər cür şəraiti olan “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verilib. Bu zaman paytaxt sakinlərinin müraciət, istək və arzuları da nəzərə alınıb.

 

İlk işlərə paytaxtın Xətai rayonunda başlanıb. Rayonda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülmüş, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənmiş, ərazidə abadlıq işlərinə başlanıb.

Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaq.

 

Əsas məqsədi paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirmək, sakinlərin sosial şəraitinin daha da yaxşılaşdırmaq olan bu işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir