Modern.az

İosif Kobzon vəfat etdi

İosif Kobzon vəfat etdi

30 Avqust 2018, 14:56

SSRİ xalq artisti İosif Kobzon 81 yaşında vəfat edib.

Modern.az-ın məlumatına görə, məşhur müğənni iyulda xəstəxanaya yerləşdirilib, avqustun 7-də isə evə buraxılıb.

İ.Kobzon 2004-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, İosif Davıdoviç Kobzon Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə, 2017-ci ildə isə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!