Modern.az

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - FOTOLAR+VİDEO

Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - FOTOLAR+VİDEO

31 Avqust 2018, 13:52

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi hazırdır.

 

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları abidə ilə tanış olmaq üçün Fəxri Xiyabanda olublar. 

Abidənin hazırlanması heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə olunmuşdu. O, abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib. 

 

Qəbrin üzərində ucaldılan heykəlin hazırlanmasında tuncdan, bürüncdən və qranitdən istifadə edilib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi. 
 
Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır