Modern.az

Eldar Əzizov Bakıda söküntüləri davam etdirir - FOTOLAR  

Eldar Əzizov Bakıda söküntüləri davam etdirir - FOTOLAR  

3 Sentyabr 2018, 08:55

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin müavini Eldar Əzizozovun göstərişi ilə paytaxt Meriyası tərəfindən şəhərin rayonlarında ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi həyata keçirilir.

Zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının  sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik ğörünüşünə xələl gətirən paltar ipləri və xarıcı dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.


Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən başlanan işlər yerlərdə də keçirilir.

Meriyadan Modern.az-a verilən məlumata görə, artıq 2 gündür ki, Xətai rayonunda bu abadlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyəti ilə birgə aparılır.


Görülən tədbirlər  nəticəsində Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metro stansiyalarının yaxınlıqlarında  yaşıllıqların olduğu 4 ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmişlənib.


Bildirlir ki, Meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq.


Əsas məqsədi paytaxtın   daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin   yaxşılaşdırilması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da davam etdirilir.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər