Modern.az

“Azərenerji”yə yeni rəhbər gətirildi - TƏYİNAT

“Azərenerji”yə yeni rəhbər gətirildi - TƏYİNAT

Hadisə

4 Sentyabr 2018, 16:20

Prezident İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Balababa Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Modern.az-ın məlumatına görə, Baba Rzayev 2006-cı ilədək özəl sektorda - şirkət rəhbəri postunda işləyib. 2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tutub. 2015-ci ildən bu təyinatadək "Azərişıq" ASC-nin sədri vəzifəsində çalışırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar