22 yanvar 2019, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Xəyyam Mirzəzadənin oğlu: “Atam həqiqəti üzə deyən insan idi, vəzifəpərəst deyildi” - MÜSAHİBƏ  
Xəyyam Mirzəzadənin oğlu: “Atam həqiqəti üzə deyən insan idi, vəzifəpərəst deyildi” - MÜSAHİBƏ  
05.09.2018, 08:58

Pərvin Mirzəzadə: “Xəyyam müəllim Mayestro Niyazi ilə, Arif Məlikovla küsülüydü”

“Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının mövcudluğunu gərəkli hesab etmirdi”

Bir neçə gündən sonra tanınmış bəstəkar Xəyyam Mirzəzadənin 40 mərasimi keçiriləcək. Modern.az saytının əməkdaşı bəstəkarın oğlu, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)  Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüşərək, atası ilə bağlı müsahibə alıb.


- Artıq 40 günə yaxındır ki, atanız həyatda yoxdur. İstərdik ki, Xəyyam müəllimlə bağlı düşüncələrinizi bölüşəsiniz...

- Öncə demək istərdim ki, atamın yoxluğu həm ailəmiz, həm də Azərbaycan xalqı üçün böyük itkidir. Danışmaq çox çətindir. 40 günə yaxındır ki, aramızda yoxdur. Onun həyatda olmaması övladı olaraq bizim üçün çətindir. Onu həftədə bir dəfə ziyarət etməyə alışmışdıq. Ən azı gün ərzində bir dəfə telefonla danışırdıq. Atam həm də çox mürəkkəb xarakterə malik insan idi. Heç də mülayim xasiyyəti yox idi. Bəziləri onu kobud, bəziləri isə mülayim insan kimi tanıyırdı. Ola bilər ki, bu müddət  ərzində  onun yoxluğunu  hələ tam anlamırıq. Elə bilirik ki, o, bizimlədir. Çalışıram ki, imkan daxilində hər gün anamgilə gedim. Hazırkı şəraitdə prosesləri izləyirəm və hiss edirəm ki, onun ruhu bizimlədir. Reallıq odur ki, insan ömrü daimi deyil. Xəyyam Mirzəzadənin isə əsərləri daimi qalacaq.


- Xəyyam Mirzəzadənin bəstələdiyi əsərlər bu gün üçün də aktualdır. Bir çox filmlərin musiqisini o yazıb. Övladı olaraq sizə ən yaxın bəstəsi hansıdır?

- Mənə daha yaxın bəstəsi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi və Oqtay Ağayevin ifa etdiyi “Yadındamı, ötən günlər...” mahnısıdır. Bu mahnının 50-dən artıq yaşı var. Xalq onu bu gün də sevərək dinləyir. Bəzən hansısa restorana gedərkən bu mahnının səsləndiyini eşidirəm. Bu, mənim üçün ən böyük hədiyyədir. Təkcə mənim üçün yox, ailə üzvlərim üçün də belədir. Digər sevdiyim bəstə “Yeddi oğul istərəm” filmində səslənən musiqidir. Sözsüz ki, atamın daha maraqlı əsərləri, mahnıları, simfoniyaları var. Amma ruhuma daha yaxın bunlardır. “Yadındamı, ötən günlər...” mahnısı o vaxtlar da şlyager olub, indi də şlyagerdir. Bəziləri elə düşünə bilər ki, Pərvin Mirzəzadə atası kimi danışır. Elə deyil. İndi də yazılan gözəl bəstələr var. Sadəcə, əksər bəstələrin yaşama müddəti 3 ya da 5 ildir.


- Xəyyam Mirzəzadənin mürəkkəb xarakterə malik , hətta acıdil olduğunu onu yaxından tanıyanlar da etiraf edir.  Bu mürəkkəblik nədə idi? Ailəsi olaraq nələri qəbul etmişdiniz ki, Xəyyam müəllim buna kəskin reaksiya verə bilər?

- Baxmayaraq ki, atamız böyük bəstəkar olub, amma onun xüsusi qanunları vardı.  Bizimlə heç vaxt mülayim olmayıb. Mülayimlik odur ki, kiminsə nazını çəkirsən. Amma Xəyyam Mirzəzadə ailədə kimsənin nazını çəkməyib. Mən belə,  övladlarımın nazını çəkirəm. Amma atamda bunlar olmayıb. Onun qanunları da çox sərt idi. Desəydi ki, filan yerə getmək lazımdır, biz mütləq gedəcəkdik. Onunla heç vaxt mübahisə etməmişik. Ağa-ağ, qaraya-qara deyən insan olub. Onun yeməklə bağlı kaprizləri vardı. Dadlı yeməkləri sevirdi. Təxminən 10 il öncəyə kimi yeməkləri özü bişirirdi və bizi də dəvət edirdi. Onun bişirdiyi ən məşhur yemək piti idi. Yaxşı piti bişirməyi Şəkidə öyrənmişdi. Cız-bızı özü bişirirdi. Yaxud  da zəng edirdi ki, “balıq bişirmişəm, gəlin”.
Onun digər bir qanunu hamamla bağlı idi. Həftədə bir dəfə İçərişəhərdəki hamama getməli idi. Onun sonuncu dəfə hamama gedişi ölümündən təxminən 30 gün qabaq olub.
Atam İçərişəhərdən xüsusi zövq alırdı. Deyirdim ki, “ay papa, evdə hər şərait var. Nə var hamama gedirsən?”. “Sizin çimməyiniz çimmək deyil. Əsl hamam mən getdiyimdir”-cavabını verirdi. Düz 75 il idi ki, həmin hamama gedirdi. Hamamdan, kisəçilərdən ləzzət alırdı. Təxminən 3 saat hamamda olurdu. Son dövrlərdə atama təsir edən məqamlar vardı. Dostlarının, tələbələrinin dünyadan köçməsinə çox üzülürdü. Onun ən yaxın dostu Kamran İmanovdur. Onunla tez-tez  görüşürdü.



- Xəyyam Mirzəzadənin heç bir vəzifəyə təyin olunmamasını da mürəkkəb xasiyyəti ilə əlaqələndiriblər. Hətta, iddia olunur ki, onu yuxarı dairələrdə sevməyiblər. Bu doğrudurmu?

- Ola bilər ki, sevməsinlər. Ətraflı nəsə deyə bilmərəm. Amma Xəyyam Mirzəzadə heç zaman iş adamı olmayıb. Açığı deyim ki, atam vəzifəpərəst deyildi. Azərbaycan Dövlət Konservatoriyasında kompozisiya kafedrasının müdiri olub. Öz ərizəsi ilə ordan ayrılıb. Zamanında müəyyən vəzifələrə təkliflər olsa da, içində vəzifəyə meyl olmayıb. O, vəzifə adamı deyildi. Hər zaman öz azadlığını qoruyub saxlayan insan idi.

1990-cı illərdə ölkədə vəziyyət çox ağır idi. Onu  Türkiyəyə dəvət etmişdilər. “Yaxşı əməkhaqqı alacaqsız, evlə təmin olunacaqsız” kimi təkliflər olmuşdu. Amma atam vətəni dar məqamda qoyub getməyi heç vaxt düşünmədi. Onun xüsusi vətən sevgisi vardı. Xəyyam müəllim Azərbaycanın müstəqillik qazanmasına, onu qoruyub saxlaya bildiyimizə çox sevinirdi. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə sənətə, incəsənətə yüksək qiymət verilməsindən həmişə razılıq edirdi. Bu işi daha sonra İlham Əliyev davam etdirdi. Atam prezident təqaüdçüsü idi. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdu. Ona mənzil bağışlanmışdı. Atama dövlət tərəfindən göstərilən qayğı güman ki, ömrünü də xeyli uzatdı.


- 90-cı illərə toxundunuz. Hamı üçün çətin dövr idi. Dediyiniz kimi, çətin məqamda ölkəni tərk etmək barədə düşünməyib. Yaradıcılığında durğunluq məqamları olmuşdumu?

- 1990-cı illərdə baş verən hadisələr onun yaradıcılığına təsirsiz ötüşmədi. Demirəm ki, biz acından ölürdük. Sadəcə, bu hadisələr onun yaradıcılığında müəyyən fasilələr yox, problemlər yaradırdı. İşıqlar sönürdü, çörək növbəsi vardı. Vaxt olub ki, 10 əsər əvəzinə, 1 əsər yazırdı. Heç vaxt ruhdan düşmədi. Deyim ki, müstəqillikdən sonra gələn 15-18 il ərzində daha çox əsər yazmışdı. Atam Sovet dövründə teatrdan, kinodan gələn pullarla dolanırdı.

Köhnə Bakının görünüşünü əks etdirən açıqcaları toplamışdı. Bu açıqcalar inqilabdan öncə çap olunmuşdu. Təəssüflər olsun ki, 1990-cı illərdə atam həmin açıqcaları satmalı oldu. Həmin vaxt vəziyyət çox mürəkkəb idi. Açıqcaları satıb özünə maşın aldı. 1993-cü ilə qədər olan dövrdə çox itkilərimiz oldu. Bəzi qüvvələr hakimiyyətdə idi. Amma onlar heç nə edə bilmədilər.


- Xəyyam müəllim, 52 ildən sonra  Bəstəkarlar İttifaqının üzvü olmaqdan imtina edib. O, 52 il ərzində bir çox insanların sədrliyinə şahidlik edib. Qara Qarayev, Tofiq Quliyev və digərləri. Amma  Fizəngiz Əlizadə sədrliyə gələndən sonra getmək qərarını verdi. Nə baş vermişdi?

- Şəxsi məsələlərə qarışmaq fikrim yoxdur. İndiki sədrlə aralarında nə olubsa, şəxsi işləridir. Firəngiz xanımın şəxsiyyətinə toxunmaq fikrində deyiləm. Fikrimcə, Xəyyam müəllim müasir zamanda Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının mövcudluğunu gərəkli hesab etmirdi. Bu cür qurumların vaxtının keçdiyini deyirdi. Onun düşüncəsinə görə, həmin təşkilıatların mövcudluğu indiki dövrün tələblərinə cavab vermir.


- Xəyyam müəllimin çevrəsində kimlər olub?

- O, dahi bəstəkar olub. Gözümü açıb evimizdə Qara Qarayevi, İmran Qasımovu, Tokay Məmmədovu, Rəsul Rzanı və digərlərini görmüşəm. Evimizdə kimlərin olduğunu sadalasam, uzun siyahı alınar. Həm rəssamlarla, həm də heykəltəraşlarla dostluq edib. Fuad Salayev, Ömər Eldarov onun dostu idi. Yadımdadır ki, bir dəfə atam evə bir rəsm əsəri gətirdi. Nə olduğunu soruşanda “gözəl bir rəssam var. Adı Səttar Bəhlulzadədir. Bunu o, mənə bağışlayıb” dedi. Sonra gördüm ki, adi karandaşla çəkilmiş sadə şəkildir. Atam  heç vaxt şəkil almazdı. Şəkilləri ona dostları bağışlayardı.


- Qadınlarla arası necə idi? Mürəkkəb xarakteri qadınlarla yola getməsinə imkan verirdimi?

- Çox əla münasibəti vardı. Qadınları çox sevirdi. Onu da deyim ki, anam onu heç qısqanmırdı. Evimizə xanım bəstəkarlar, müğənnilər də gəlib. Flora Kərimovanı da, Zeynəb Xanlarovanı da, rəhmətlik İlhamə Quliyevanı da görmüşəm. Atam həmişə deyirdi ki, Zeynəb kimi Leyli yoxdur. Atam çox müğənnilərlə çalışmayıb. Son 30-40 ildə hansısa müğənni üçün mahnı yazmayıb.

Bir dəfə İlhamə xanımla qonşu masalarda əyləşmişdik. Mən içəri daxil olanda İlhamə xanımla da görüşdüm. Təbii, o, məni tanımadı. Ondan soruşdular ki, “tanıdız?..”. İlhamə xanım da “xeyr” cavabını verdi. Xəyyam müəllimin oğlu olduğumu biləndə “o mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Papaya deyərsən ki, vaxtilə oxuduğum bəzi mahnılarını yeni aranjimanda oxumaq istəyirəm” söylədi. İlhamə xanımın sözlərini atama deyəndə eləcə gülümsündü. Bəlkə də, aralarında nəsə olub, amma mən bunu  deyə bilmərəm. İş ondadır ki, evimizdə bu cür söhbətlər olmayıb. Ailədə çox ciddi adam olub. Müəyyən yaşa qədər atamızın yanında içki içməmişik. Axşam saat 10-dək evə gəlməliydik, tələbi beləydi. O,  öz mövqeyini müdafiə edən, həqiqəti üzə deyən insan idi.


- Xəyyam Mirzəzadənin mürəkkəb xarakterə malik olması müxalifət tərəfindən hörmətlə qarşılanıb. Bir növ müxalifətdə olanlar onu  daha çox seviblər. Özünün reaksiyası necə idi?

- O, hamı ilə ünsiyyət saxlayırdı. Müxalifət nümayəndələrinin bəziləri ilə də salamı vardı. Həm də dediyiniz kimi, onu sevirdilər. Atam bir dəfə onlara demişdi ki, “siz nə istəyirsiz? Atın üzərində bir nəfər üçün yer var. Sizin üçün yer yoxdur. Bir dəfə hakimiyyətə gəldiz də...”. Demirəm ki, Xəyyam Mirzəzadə tam olaraq hər şeydən razı idi. Amma öz sözünü həmişə deyirdi.



- Həmçinin, Xəyyam müəllimin Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə yaxın əlaqəsi olub. Münasibətləri necə yaranmışdı?

- Deməli, biz Bəstəkarların evində yaşayırdıq. O vaxtkı Hüsü Hacıyev küçəsi indiki “Azərbaycan” prospekti adlanır. Yanımızda yazıçıların da binası vardı. Orada çox görkəmli yazıçılar olan Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Elçin Əfəndiyev, Qasım Qasımzadə, İsa Məlikzadə də yaşayırdı. Yazıçılar binasının aşağı mərtəbəsində Yazıçılar poliklinikası vardı. Yazıçılar da, bəstəkarlar da, kinematoqrafçılar da orada qeydiyyatda idilər. Atam dünyadan köçənə qədər orada qeydiyyatda olub. O vaxtlar İsa Qəmbərin qayınatası orada baş həkim idi. Atamla İsa Qəmbərin münasibətləri oradan başlamışdı. Amma atamın siyasi görüşlərinə nəzər salanda Müsavatdan, AXCP-dən  çox fərqlənirdi. Atam həmişə deyirdi ki, bizə stabil dövlət lazımdır. Əsas məqsədimiz Qarabağı qaytarmaqdır. Bu işdə hamımız bir olmalıyıq. Atam həmişə düşünürdü ki, müxalifətdəkilər doğru hərəkət etmirlər. O zamankı AXC  hakimiyyətdə olanda atamı heç kim axtarmırdı. Elə ki hakimiyyətdən getdilər, həmin vaxt atam da yadlarına düşdü. Atam bunu zamanında cavablandırıb. “Hakimiyyətdə olanda heç yadınıza da düşməmişəm. İndi nə oldu?”.


- Amma Akif İslamzadə bir ara müxalifətin cərgəsində göründü..

- Atam həmişə Akifə gözəl səsli sənətçi kimi baxırdı. Təəssüf ki, bir müddət səs tellərində problem yaranmışdı. Həmişə Akif İslamzadəyə müxalifətçi kimi yox, sənətkar kimi qiymət verib. Atam bəstəkar Cavanşir Quliyevlə, Flora Kərimova ilə də dostluq edib. Bir söz deyim. Xəyyam müəllim müxalifətdə idi, ancaq bu, onların düşündüyü müxalifət deyildi. O, sənətdə müxalifətçi idi.


- Xəyyam Mirzəzadənin pianosu güman ki, evinizin ən əziz əşyasına çevrilib.

- Əlbəttə. Atamın pianosu yox, royalı olub. Ən gözəl bəstələri həmin royalda yazıb. Həmin royal anamın cehizidir. Onlar ailə həyatı quranda atam bəstəkar idi. Sadə pianosu vardı. Evlənəndə anam mebel əvəzinə royal gətirmişdi. Həmin royalın 55 yaşı var. Royal xüsusi kabinet üçün nəzərdə tutulub. Son illərdə ayaqlarında problem yaranmışdı deyə, gəzə bilmirdi. Sağlığında nahara evə gedirdim. Əslində nahar bəhanə idi. Valideynlərimi görməyə gedirdim. İçəri daxil olanda musiqi səsindən qulaq tutulurdu. Evdə ancaq klassik musiqiyə qulaq asırdı. Bizim evimizdə divardan asılmış 2 şəkil vardı. Biri müəllimi, böyük ustadı Qara Qarayevin, digəri isə babamın şəkli idi. O, Qara Qarayevə dahi insan kimi baxırdı. Onun üçün Qarayevdən artıq avtoritet yox idi. Bir maraqlı məsələni qeyd edim: Qara Qarayev kimdən küsürdüsə, atam da həmin adamdan mütləq küsməli idi. O, barışanda atam da barışırdı.


- Maraqlı məqama toxundunuz. Nə hikmətdirsə, yaradıcı insanlar bir-birilə yola gedə bilmir. Sanki bir-birlərini həzm edə bilmirlər. Xəyyam müəllimin sənət dostları ilə münasibəti necə idi?

- Çox gərgin idi. Məsələn, atamla Mayestro Niyazi həmişə küsülü olub. Yadımdadır ki, Qara Qarayevin dəfn mərasimi idi. O vaxtlar 17 yaşım vardı. Gördüm ki, atamla Niyazi yanaşı dayanıblar. Atam bizi tanış etdi. Halbuki, münasibətlərinin gərgin olduğunu bilirdim. Sonradan eşitdim ki, Qara Qarayev də Niyazi ilə küsülü olub və sonra barışıb. Elə atam da ondan sonra Niyazi ilə barışıb.
Digər bir əhvalatı danışım. Böyük bəstəkar vardı. Onunla eyni binada yaşayırdıq. Amma atam 10 il həmin bəstəkarla danışmayıb. Yaşadığımız binanın 80%-də xalq artistləri məskunlaşmışdı. Yadımdadır ki, atamın ən yaxşın dostu Nazim Əliverdibəyov idi.


- Bəs Arif Məlikovla Xəyyam müəllimin münasibətləri necə olub? Arif müəllim də dahi bəstəkardır...

- Heç yaxşı olmayıb. Atamla küsülü olublar. Bir-birilə heç vaxt yola getmədilər.


- Xəyyam müəllimin dəfninə Arif müəllim qatıldımı?

- Yoldaşı zəng edib başsağlığı verdi. Onlar eyni yaşdadırlar. Arif müəllim isə ağlaya-ağalaya başsağlığı verdi. Bilirsiz, yaradıcı insanlar bir-birilə yola getməsə də, həmişə obyektiv olublar. İncəsənət qısqanclığı tamam başqa aləmdir.

 

- Çox vaxt yaradıcı insanların dini görüşləri də fərqli olur. Məsələn, müsəlman birisi asanlıqla digər dini ayinləri yerinə yetirə bilir. Maraqlıdır, bu məsələdə Xəyyam müəllim hansı konstruktiv mövqeyi sərgiləyirdi?

- Dinə münasibəti çox yaxşı idi. Hər il mütləq fitrə, zəkat verirdi. Müqəddəs yerləri ziyarət etməyi sevirdi. Məşhəddə, Kərbəlada olub, Suriyada siddi Zeynəbi ziyarət edib. Bütün dinlərə həmişə hörmətlə yanaşıb. Sizə deyim ki, Bakıdakı rus kilsəsinin bəzi keşişləri onun yaxın dostu olub. Amma dindar kimi, oruc tutub namaz qılmayıb.


- Bu dərəcədə mürəkkəb xarakterə malik bir insanın sonradan evinə təşrif buyuran yad qızlarla, yəni gəlinlərlə arası necə idi?

- Çox yaxşı idi. Mənim həyat yoldaşımla daha çox zarafat edirdi.  Yoldaşım da onu  çox  istəyirdi. Həmişə yoldaşıma deyirdi ki, “çayı sən dəmlə. Qaynanan sənin kimi dəmləmir”.


- Ananız Xəyyam müəllimin gəlinə olan bu münasibətini qısqanırdımı?

- Sözsüz ki, qısqanırdı. Anamla 55 ildən çox  birgə yaşayıblar. Atamla anam bir-birini çox sevirdi. Ol bilsin ki, aralarında konflikt olub. Amma bu, evdən kənara çıxmayıb. Deyə bilmərəm ki, ideal cütlük olublar, can deyib-can eşidiblər. Amma mürəkkəblik hər ikisində olub. Qardaşım da, mən də gec ailə həyatı qurmuşuq. O, həmişə nəvə görməyəcəyindən narahat idi.  Amma Allah ona uzun ömür verdi və  nəvələrini də görə bildi. Övladlarım nənələrini və o biri babasını adla çağırırdılar. Yalnız atama “baba” deyə müraciət edirdilər. Atama dahi insan kimi baxırdılar. Bir məsələ də var. Nəvələr etdiyini zamanında biz etsəydik, kim bilir nələr etmişdi.  


- Xəyyam müəllim, həmişə  vəzifə təkliflərindən imtina edib. Sonra iş elə gətirdi ki, övladları vəzifə tutdu. Məsələn, siz diplomat kimi bu gün yüksək vəzifə tutursuz.  Siz  bəstəkar olmadınız, diplomatiyanı seçdiniz. Maraqlıdır, Xəyyam müəllim övladlarını vəzifədə görməkdən məmnun idimi?

- Qardaşımla birgə qərara gəldik ki, bizdən bəstəkar olmayacaq. Düşündük ki, zəif bəstəkar olmaq əvəzinə, daha yaxşı işlə məşğul olaq. Diplomat olmaq istəyimi deyəndə ilk vaxtlar təəccüblənmişdi. Sonralar səfir rütbəsi aldım. Prezident tərəfindən yüksək orden-medalla təltif olunanda hiss edirdim ki, ona ləzzət edir. O bizi alim görmək istəyirdi. Babam Hadı Mirzəzadə Bakı Dövlət Universitetinin professoru idi. Amma atam bizi heç vaxt vəzifədə görmək arzusunda olmayıb. Heç vaxt inanmazdı ki, mən səfir ola bilərəm. Amma bu gerçək oldu. Sonradan ona xoş gəlirdi ki, bütün səfirlər mənim ətrafımdadır. Çünki Dövlət Protokol İdarəsinin rəisiyəm. Onlar mənimlə görüşürlər, nəsə soruşurlar. Ona zəng edib deyəndə ki,  “cənab prezident tərəfindən mənə ən yüksək diplomatik rütbə verilib. Mənə “zati-aliləri” deməlisən”. Cavabı belə olurdu: “Sən nə danışırsan, başın xarabdı?!”.

Hətta ona deyəndə ki, “bəlkə müraciət edəsən, səni xaricə göndərsinlər?”. Ölkədə çoxlu işlərin olduğunu əsas gətirir və deyirdi ki, “Heç olmasa mənim imkanım var ki, harasa gedirəm.  Amma o qədər imkansız insanlar var ki, heç yerə gedə bilmirlər. Yaxşı olar ki onlar müraciət etsinlər”. Övladı olaraq  harasa müraciət etməyimizlə bağlı bizə də icazə vermirdi.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Venesuelada qiyama görə 40-dək hərbçi saxlanıldı
22.01.2019, 00:52

Venesuelada qiyama görə 40-dək hərbçi saxlanıldı

Almaniyadan digər Avropa ölkələrinə  8.6 min qaçqın göndərilib
22.01.2019, 00:29

Almaniyadan digər Avropa ölkələrinə  8.6 min qaçqın göndərilib

“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - Deputat
22.01.2019, 00:14

“Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında aydın siqnal verir” - Deputat

Yanan gəmidə ölü sayı 11-ə çatdı - YENİLƏNİB, VİDEO
21.01.2019, 23:58

Yanan gəmidə ölü sayı 11-ə çatdı - YENİLƏNİB, VİDEO

Azərbaycan nefti bahalaşdı
21.01.2019, 23:39

Azərbaycan nefti bahalaşdı

Səməd Seyidov: “Bəzi deputatlar Azərbaycanın imicinə xələl gətirmək istəyirlər”   
21.01.2019, 23:22

Səməd Seyidov:Bəzi deputatlar Azərbaycanın imicinə xələl gətirmək istəyirlər  

Ərdoğanın Rusiyaya səfər proqramı açıqlandı
21.01.2019, 23:18

Ərdoğanın Rusiyaya səfər proqramı açıqlandı

“Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi
21.01.2019, 22:52

“Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi

“Sarkisyan Xocalıdakı qətliamda iştirakını açıq şəkildə elan edirdi” - Deputat
21.01.2019, 22:39

“Sarkisyan Xocalıdakı qətliamda iştirakını açıq şəkildə elan edirdi” - Deputat

GMO məhsullar Azərbaycan bazarına Türkiyə və İrandan gətirilir
21.01.2019, 22:23

GMO məhsullar Azərbaycan bazarına Türkiyə və İrandan gətirilir

İlham Əliyev Rusiya və Çin mediasına müsahibə verdi - FOTOLAR
21.01.2019, 22:10

İlham Əliyev Rusiya və Çin mediasına müsahibə verdi - FOTOLAR

Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
21.01.2019, 21:57

Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu

İlham Əliyev: “Azərbaycan IV sənaye inqilabının hədəflərinin həyata keçirilməsində fəal iştirak edəcək”
21.01.2019, 21:46

İlham Əliyev: “Azərbaycan IV sənaye inqilabının hədəflərinin həyata keçirilməsində fəal iştirak edəcək”

Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb
21.01.2019, 21:04

Azərbaycanda avtomobil istehsalı 31 dəfə artıb

OPEK 2019-cu ildə Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqladı
21.01.2019, 20:50

OPEK 2019-cu ildə Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqladı

“Donuz qripi”ndən ölənlərin sayı 19-a çatdı
21.01.2019, 20:36

“Donuz qripi”ndən ölənlərin sayı 19-a çatdı

Tufandan sonra Neft Daşlarında meydança çöküb
21.01.2019, 20:27

Tufandan sonra Neft Daşlarında meydança çöküb

Daha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilir
21.01.2019, 20:15

Daha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilir

Mədəniyyət Nazirliyinə tabe məktəblərdə nöqsanlar aşkarlandı
21.01.2019, 20:02

Mədəniyyət Nazirliyinə tabe məktəblərdə nöqsanlar aşkarlandı

Astarada yanğınlar törədən şəxs dəlixanaya yerləşdirildi
21.01.2019, 19:57

Astarada yanğınlar törədən şəxs dəlixanaya yerləşdirildi

10 milyona az qaldıq - Ötən il sayımız 76 493 nəfər artıb
21.01.2019, 19:50

10 milyona az qaldıq - Ötən il sayımız 76 493 nəfər artıb

Kürdəmirdə zəlzələ baş verdi
21.01.2019, 19:40

Kürdəmirdə zəlzələ baş verdi

Çində təhsil almaq istəyənlər üçün ŞANS
21.01.2019, 19:30

Çində təhsil almaq istəyənlər üçün ŞANS

Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMAN
21.01.2019, 19:20

Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi - FƏRMAN

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi
21.01.2019, 19:10

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
21.01.2019, 19:00

“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK

Tanınmış futbolçu karyerasını başa vurdu
21.01.2019, 18:49

Tanınmış futbolçu karyerasını başa vurdu

Prezident Mehman Hüseynovla bağlı tapşırıq verdi
21.01.2019, 18:38

Prezident Mehman Hüseynovla bağlı tapşırıq verdi

Azərbaycanda ÜDM açıqlandı - RƏSMİ
21.01.2019, 18:34

Azərbaycanda ÜDM açıqlandı - RƏSMİ

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
21.01.2019, 18:20

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI   
21.01.2019, 18:13

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI  

Hesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladı
21.01.2019, 18:08

Hesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladı

Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM   
21.01.2019, 18:05

Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM  

Əbülfəs Qarayev iki ölkənin səfirini qəbul etdi
21.01.2019, 17:40

Əbülfəs Qarayev iki ölkənin səfirini qəbul etdi

Babək prospektindəki təmir başa çatdı
21.01.2019, 17:37

Babək prospektindəki təmir başa çatdı

AZƏRTAC ispan dilində xəbər yayımına başladı
21.01.2019, 17:33

AZƏRTAC ispan dilində xəbər yayımına başladı

Suriyada ABŞ qüvvələrinə hücum: 5 ölü
21.01.2019, 17:28

Suriyada ABŞ qüvvələrinə hücum: 5 ölü

Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi
21.01.2019, 17:25

Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi

UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019, 17:20

UNEC-də startap müsabiqəsi keçirilib

Manatın sabahkı MƏZƏNNƏSİ   
21.01.2019, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ  

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir
21.01.2019, 17:14

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir

Səhnəmizin Mustafa müəllimi - Hacı İsmayılovun 75 yaşına...   
21.01.2019, 17:10

Səhnəmizin Mustafa müəllimi - Hacı İsmayılovun 75 yaşına...  

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21.01.2019, 16:59

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı
21.01.2019, 16:51

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı

Əsgəranda 4 erməni dəm qazından zəhərləndi
21.01.2019, 16:42

Əsgəranda 4 erməni dəm qazından zəhərləndi

Afaq Məsudun kitabı Misirdə nəşr olundu
21.01.2019, 16:40

Afaq Məsudun kitabı Misirdə nəşr olundu

Rusiyaya qarşı “Skripal” işi ilə bağlı yeni SANKSİYA
21.01.2019, 16:35

Rusiyaya qarşı “Skripal” işi ilə bağlı yeni SANKSİYA

Usta işlədiyi evdən xeyli pul OĞURLADI
21.01.2019, 16:26

Usta işlədiyi evdən xeyli pul OĞURLADI

AŞPA-nın sədri seçildi
21.01.2019, 16:06

AŞPA-nın sədri seçildi

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
21.01.2019, 16:03

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi

ARXİV