Modern.az

İham Əliyev «Uşaq ili»nin adamı elan olundu

İham Əliyev «Uşaq ili»nin adamı elan olundu

6 Dekabr 2009, 22:12

«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı (UGT) 2009-cu il «Uşaq ili»ndə uşaq hüquqları və gənclər sahəsində fərqlənən nominantların adlarını açıqlayıb.
Bu barədə Modern.az-a məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, nominantlar il ərzində aparılan monitorinq və sorğular əsasında müəyyənləşdirilib. F.Şahbazlı deyib ki, 2009-cu ilin ölkə başçısı tərəfindən «Uşaq ili» elan olunması baxımından bu il açıqlanan nəticələr xüsusi ilə əhəmiyyətlidir.

 

«Gənc Liderlər» UGT-nin açıqladığı nəticələrə görə, Prezident İlham Əliyev  «Uşaq ili»nin elan olunmasında, uşaqların təhsil, sosial-məişət problemlərinin dövlət səviyyəsində həllində, onların beynəlxalq arenaya inteqrasiyasının təmin edilməsindəki roluna görə «İlin adamı» adına layiq görülüb.

 

Milli Məclisin spikeri Oqtay Əsədov, deputatlar Mehriban Əliyeva, Aydın Mirzəzadə, Əhməd Vəliyev, Elmira Axundova, Nazim Məmmədov və Rauf Əliyev «İlin millət vəkili» adına layiq görülüblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov «İlin ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri» adına layiq görülüb.

 

«Bilik» Tədris və İncəsənət Mərkəzinin direktoru Səyyar Əliyev «İlin xeyriyyəçisi», «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə «İlin gənci» nominasiyası üzrə fərqlənib.

 

Media ilə bağlı seçimlərə gəldikdə isə, Fərid Şahbazlı qeyd edib ki, «Səs» İnformasiya Agentliyi (SİA)«İlin agentliyi», «Space» televiziyasının «Hər Gün» informasiya proqramı isə «İlin televiziya proqramı» adına layiq görülüb.

 

Qeyd edək ki, nominatların  təltif olunması ilə bağlı mərasim 16 dekabrda «Trend» Xəbərlər Şirkətində keçiriləcək.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir