Modern.az

BDU-da dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

BDU-da dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

Mədəni̇yyət

5 Oktyabr 2011, 16:57

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib. Konfransda universitetin rektoru, akademik Abel Məhərrəmov deyib ki, Azərbaycan xalqı əsrlər boyu azadlığa qovuşmaq, müstəqil dövlət qurmaq uğrunda daim mübarizə aparıb, yalnız ötən əsrin sonlarında yenidən bu arzusuna çatıb.
Abel Məhərrəmov Azərbaycanın qonşu ölkələrə nisbətən xeyli çətin iqtisadi və siyasi problemlərlə müstəqilliyə qovuşmasından, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsindən, müstəqil və inkişaf edən dövlət kimi dünyanın diqqət mərkəzində olmasından, idman sahəsində, incəsənətdə, o cümlədən «Eurovision» yarışmasında qazanılan uğurların Azərbaycan xalqının istedadlı olduğunu dünyaya nümayiş etdirməsindən danışıb, təhsil və elmdə qazanılan uğurlara toxunaraq bütün bu nailiyyətlərdə prezident İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Sonra BDU-nun kafedra müdiri, millət vəkili, professor Rəbiyyət Aslanovanın məruzəsi dinlənilib. Kafedra müdirləri, akademik Vasim Məmmədəliyev və professor İzzət Rüstəmovun da çıxışları maraqla qarşılanıb.

Elmi-praktik konfransda vitse-spiker Ziyafət Əsgərov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov da iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib.  


Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi