Modern.az

Ermənilər Əsgəran qalasının görkəmini dəyişirlər - TƏXRİBAT

Ermənilər Əsgəran qalasının görkəmini dəyişirlər - TƏXRİBAT

6 Sentyabr 2018, 12:28

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma rejim maddi-mənəvi abidələrə qarşı təcüvüzü davam etdirir.

 

Modern.az xəbər verir ki, bu dəfə Xankəndinin 18 kilometrliyində yerləşən Əsgəran qalasının rekonstruksiya adı ilə forması dəyişdirilir. Belə ki, XVIII əsrin sonlarında müdafiə məqsədilə Qarabağ xanı tərəfindən inşa edilmiş qalanın əsas qüllələrindən biri dağıdılıb.

Erməni sosial şəbəkələrində yayılan fotolar bu iddiaları təsdiqləyir. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı