Modern.az

Bakıdakı parkinqlərdə sürücüləri ALDADIRLAR  

Bakıdakı parkinqlərdə sürücüləri ALDADIRLAR  

6 Sentyabr 2018, 12:37

Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib.


Hazırda Bakının bir çox yerlərdində parkinq üçün nəzərdə tutulan ödəniş terminalları işləmir. Əvəzində əlində xüsusi aparat olan şəxslər avtomobilini park etmək istəyən sürücülərin başının üstünü kəsdirib 1 saat üçün 1 manat ödəniş tələb edirlər. Əgər 1 manat ödəniş edib avtomobili 2 saat ərzində müəyyən olunan yerdə saxlayıbsınızsa, əlavə olaraq 1 manat da ödəməlisiniz.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı Mais Ağayev sözügedən şəxslərin BNA-nın əməkdaşı olmadığını bildirib:

“Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir. Parkinqlərə nəzarət bizə verilsə də, təhvil-təslim prosesi yekunlaşmadığından hələlik tam olaraq, BNA-nın balansında deyil”.

 

BNA rəsmisi sürücülərdən parkinq haqqı alan şəxslərin hansı qurumun əməkdaşı olduqlarını bilmədiyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi