Modern.az

Paşinyanı Azərbaycana bağlayan tellər tapıldı - Arxiv SƏNƏDLƏRİ

Paşinyanı Azərbaycana bağlayan tellər tapıldı - Arxiv SƏNƏDLƏRİ

6 Sentyabr 2018, 13:21

Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycanla bağlayan tellər tapılıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Böyük Vətən Müharibəsi ilə bağlı arxiv sənədlərində baş nazirin babasının qardaşı Sarkis Saribekoviç Paşinyanın adına rast gəlinib.

 

1919-cu ildə İcevan rayonunun Sevkar kəndində anadan olan Sarkis Paşinyan kiçik leytenant rütbəsində SSRİ-nin 16-cı Hərbi Hava Qüvvələrinin 237-ci qırıcı aviasiya alayında pilot kimi xidmət edib. Sovet arxivlərindəki məlumatlara əsasən, 1941-ci ilin avqustunda Tambov şəhər sakini Aleksandra Nikolaevna ilə ailə həyatı quran erməni pilot 1942-ci il noyabrın 10-da döyüş tapşırığından geri qayıtmayıb.

Bu zaman onun ailəsinin Azərbaycanın Qazax rayonu ərazisində məskunlaşdığı məlum olub.

 

Başqa arxiv sənədində isə Sarkis Paşinyanın 1945-ci il iyulun 10-da alman əsirliyindən azad edildiyi və 14-cü ehtiyat atıcı diviziyasında müvafiq yoxlamadan keçdikdən sonra 1946-cı il noyabrın 30-da mülki həyata buraxıldığı qeyd olunub. Həmin yoxlamaların Paşinyanın əsirlikdə olarkən almanlarla əməkdaşlıq etməsi ehtimalı üzərindən aparıldığı qeyd olunur.

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir