Modern.az

Azərbaycan, Gürcüstan, Ermənistan və Albaniyada qız uşaqlarının doğumu azalıb

Azərbaycan, Gürcüstan, Ermənistan və Albaniyada qız uşaqlarının doğumu azalıb

İqtisadiyyat

5 Oktyabr 2011, 17:19

Avropa Şurası Parlament Assambleyası doğulan qız uşaqlarının sayının getdikcə azaldığı ölkələrdə araşdırma aprılmasını istəyib. Həmin ölkələr sırasına Azərbaycan da daxildir. Modern.az saytının Türkiyə mətuatına istinadən verdiyi xəbərə görə, AŞPA hesab edir ki, Azərbaycan, Gürcüstan, Ermənistan və  Albaniyada valideynlər uşaq doğulmadan öncə onun cinsiyətini öyrənməyə xüsusilə can atırlar.

Avropa Şurasında təsdiq olunan hesabatda “Doğumdan öncə cinsiyət seçimi böyük bir problemdir və biz bu problemlə illərdir Asiya ölkələrində qarşılaşırıq. Ancaq belə bir vəziyyətin Azərbaycan, Gürcüstan, Ermənistan və Albaniya kimi Avropa Şurasına üzv olan ölkələrdə də olmasına dair ciddi faktlar var” deyə bildirilib.

İsveçrəli millət vəkili Doris Stumpun hazırladığı hesabatda bu ölkələrdə doğumdan əvvəl cinsiyəti öyrənməyin təhlükəli vəziyyətə çatdığı qeyd olunub.

Avropa Şurası üzv olan ölkələri texnologiyaların köməyi və abort üsulu ilə cinsiyət ayrı-seçkiliyini qadağan etmək üçün qanunlar verməyə çağırıb.

Normal vəziyətdə hər 100 qız uşağı ilə müqayisədə 105 oğlan uşağı dünyaya gəlir.  Albaniya, Azərbaycan və Ermənistanda isə hər 100 qız uşağı ilə müqayisədə 112 oğlan, Gürcüstanda isə 111 oğlan uşağı doğulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi