Modern.az

Şairə Feyziyyənin kitabı çap olunub

Şairə Feyziyyənin kitabı çap olunub

Mədəni̇yyət

5 Oktyabr 2011, 18:09

Modern.az xəbər verir ki, gənc yazar Feyziyyənin ilk şeir kitabı çap olunub. Onun şeirləri ədəbiyyat jurnalları, qəzetləri və portallarında xeyli vaxt çap edilsə də, "Mesaj" yazarın ilk kitabıdır.

Feyziyyənin şeir kitabı "Üşüyənlərə, ağlayanlara, qorxanlara" ünvanlanıb.

Bu kitabda sevgi də var, müharibə mövzusu da, qəriblik hissi də.

Amma yüzilliklərdir haqqında yazılan bu mövzularda yeni söz demək nə qədər çətin olsa da, Feyziyyə yaşadıqlarını, duyduqlarını səhifələrə köçürdüyü, öz içini yazdığı üçün onun şeirlərinin forması kimi, məzmunu da orijinaldır, başqa imzalardan dərhal seçilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir