Modern.az

Onlar “sosial ev” sahibi oldu - SİYAHI

Onlar “sosial ev” sahibi oldu - SİYAHI

6 Sentyabr 2018, 20:14

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi ilə bağlı statistikanı açıqlayıb.

 

MİDA-dan Modern.az-a verilən məlumata görə, şəhid ailəsinin üzvü olan 4 nəfər, məcburi köçkün və onlara bərabər tutulan 47 nəfər, ən azı 3 il dövlət qulluğunda olanlardan 39 nəfər mənzil sahibi olub.

 

Həmçinin, ən azı 5 il ümumtəhsil məktəblərində müəllim işləyənlərdən 28 nəfər, fəlsəfə doktoru olanlardan 3 nəfər, idman sahəsində xüsusi xidmətləri olan 5 nəfər, elmlər doktoru elmi dərəcəsi olan 7 nəfər, ən azı 15 il dövlət qulluğunda çalışan 35 nəfər, ən azı 3 il hərbi qulluqda olan 104  nəfər, ən azı 3 il daxili işlər orqanlarında xidmət edən 48 nəfər, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdən 4 nəfər “sosial ev” sahibi olub.

 

Daha ətraflı aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi