Modern.az

Səbuhi Məmmədliyə qoyulan diaqnoz təsdiqlənmədi  

Səbuhi Məmmədliyə qoyulan diaqnoz təsdiqlənmədi   

7 Sentyabr 2018, 10:51

Ukraynada müalicə olunan tanınmış jurnalist Səbuhi Məmmədlidən təzə xəbər var. Modern.az-ın məlumatına görə, jurnalistin öncədən xəbər verildiyi kimi, qaraciyər xərçənginə tutulması diaqnozu təsdiqlənməyib. S.Məmmədli özü bu hada belə deyib:


“Mən Ukraynaya, Mirqorod şəhərinə həddən artıq yüksək olan şəkərin müalicəsi üçün gəlmişdim. İlkin müayinədən sonra qaraciyərimlə bağlı pis diaqnoz çıxdı. Dünən məlum oldu ki, ilkin şiş  diaqnozu təsdiqlənməyib. Amma böyümə və bərkimə təhlükləli həddədir.
Elə həmin ərəfədə Mirqorodda şəkərlə bağlı növbəti terapiyanı keçərkən halım pisləşdi. İlkin yoxlamadan sonra məlum oldu ki, geniş infarkt keçirmişəm. Mən ürəyimin ağrımadığını, sinəmin göynəmədiyini dedim. Təcili yardım çağırıb Mirqorod xəstəxanasına gətirdilər. Dəfələrlə  kardioqramma çıxardılar. Birini vilayət mərkəzinə Poltavaya göndərdilər. Ordan dərhal cavab gəldi. “Təcili bura çatdırın”. 
...iki saatdan sonra mənim ürəyimə stend qoyurdular...
İndi 3-cü gündür ki, arxası üstə tərpənmədən yatıram…
...Qərib yerdə aqir xəstə olmaq çox pisdir. Çox darıxdırıcı və ağrılıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir