Modern.az

Amerikalı senator Azərbaycanın “qara siyahı”sına düşə bilər

Amerikalı senator Azərbaycanın “qara siyahı”sına düşə bilər

7 Sentyabr 2018, 15:09

ABŞ-ın Kaliforniya ştatının Senat üzvü Entoni Portantino Dağlıq Qarabağa qanunsuz səfər edəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir qrup amerikalı biznesmenlə hazırda Yerevanda səfərdə olan senator sentyabrın 17-də işğal altındakı torpaqlara səfər edəcək.

 

O, Qarabağda yerli separatçılarla Kaliforniya ştatı arasında əməkdaşlıq üçün prioritet sahələr müəyyən etməyə çalışacaq.

 

Entoni Portantion Kaliforniya Senatında əsasən ermənilərin məskunlaşdığı 25-ci dairəni təmsil edir və qanunverici orqanda erməniyönümlü qətnamələrin qəbul olunmasına çalışır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?