Modern.az

Azərbaycanda ən çox toy dəvətnaməsi yazılan ay AÇIQLANDI

Azərbaycanda ən çox toy dəvətnaməsi yazılan ay AÇIQLANDI

Mədəni̇yyət

10 Sentyabr 2018, 10:13

2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 27525 nikaha daxilolma halı qeydə alınıb.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müavini Leyla Kərimova məlumat verib. 

Onun sözlərinə görə ən çox nikah iyun ayında qeydə alınıb:

“Ailə quranların orta yaş həddi kişilər üçün 28,8, qadınlar üçün isə 24,2 yaş təşkil edib”.

L.Kərimova bildirib ki, hesabat dövründə 7219 boşanma halı rəsmiləşdirilib:

“Ən çox nikah və boşanma Bakı şəhərində, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında qeydə alınıb”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir