Modern.az

Azərbaycanlı bacılar İsveç parlamentinə deputat seçildilər  

Azərbaycanlı bacılar İsveç parlamentinə deputat seçildilər    

10 Sentyabr 2018, 11:52

Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-demokrat partiyasından, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz partiyasından İsveç parlamentinə əyalət millət vəkili seçiliblər.

Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk verib.

26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-demokrat partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir