Modern.az

UNEC-ə yeni mətbuat katibi təyin olundu  

UNEC-ə yeni mətbuat katibi təyin olundu  

Media

10 Sentyabr 2018, 12:24

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni mətbuat katibi təyin olunub.

Modern.az saytı xəbər verir ki, UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsi jurnalist Cavid Xəlilova tapşırılıb.

C.Xəlilov bu yaxınlaradək Səhiyyə Nazirliyində mətbuat xidmətində işləyib.

Daha əvvəllər isə "Exo" qəzetinin müxbiri olub.


C.Xəlilov Modern.az-a UNEC-dəki işinə bu gündən başladığını deyib: “İnanıram ki, çətin olmayacaq və jurnalistlərlə qarşılıqlı anlaşma şəraitində çalışacağıq".

Qeyd edək ki, UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsinin sabiq rəhbəri  Vüsalə Məmmədova bir müddət öncə vəzifəsindən könüllü getmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır