Modern.az

Bakıda bal yarmarkası keçiriləcək - Tarix açıqlandı

Bakıda bal yarmarkası keçiriləcək - Tarix açıqlandı

10 Sentyabr 2018, 12:27

"Arıçılıq haqqında"  Qanuna uyğun olaraq  Kənd Təsərrüfatı Nazirliyi   2018-ci ilin 5-28 oktyabr tarixlərində  Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) ünvanında arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.

 

Bu barədə nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.

 

Yarmarkada iştirak etmək istəyən arıçılar  öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

 

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

 

·  Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

·  Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr 

·  Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

·  Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

·  Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

·  Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

·   Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

· Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr

 

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir