Modern.az

“Jurnalistlərin binasın”da yaşayanlara ŞAD XƏBƏR

“Jurnalistlərin binasın”da yaşayanlara ŞAD XƏBƏR

10 Sentyabr 2018, 17:13

Jurnalistlər üçün salınan yaşayış kompleksinin qarşısında "cib" tipli dayanacaq məntəqəsi artıq hazırdır.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, ərazidə məntəqədə pavilyon və məlumat lövhəsi də quraşdırılıb.

 

Rəsmi məlumata görə, 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb. Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib. 

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər