Arxiv
11 Sentyabr 2018, 11:28 | MƏDƏNİYYƏT
“Elmar Vəliyevin Gəncədə yaratdığı memarlıq üslubu göz yorur” - Xalq rəssamından ETİRAZ

Etiraf edək ki, müasir zəmanədə belə, tarixi şəhərlərimizə baş çəkmək, qədim tikililər, memarlıq üslubu ilə tanış olmaq istəyirik. Amma son 15 ilə nəzər salanda rayonlarımız, şəhərlərimiz müxtəlif başçıları xatırladır. Yəni hər yeni başçı rəhbərlik etdiyi rayonun memarlıq üslubuna mütləq əl gəzdirir.

 

Bu yaxınlarda Elmar Vəliyev Gəncənin icra başçısı postundan azad edilib. Onun yerinə Niyazi Bayramov təyin olunub.

Qeyd edək ki, Gəncənin baş memarı Məharət Mustafayev də vəzifəsindən çıxarılıb. Onun yerinə Əli Rüstəmli Gəncənin baş memarı postuna gətirilib.

Maraqlıdır, yeni başçı Gəncənin memarlıq üslubunda dəyişiklik edəcəkmi?

Ümumilikdə rayonların memarlıq üslubu necə olmalıdır?

 

Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin rəhbəri, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, yeni başçı vəzifəyə təyinat alanda köhnədən qalan memarlıq üslubunu yenisi ilə əvəz etməməlidir.

 

“Çünki rayonun memarlıq üslubunu icra başçısı qurub yaratmır. Hər bir rayonun baş memarı olur. Əgər icra başçısı öz  komandasını ətrafına toplayıb başqa memar gətirirsə, onunla işləməlidir.

 

Bu o demək deyil ki, yeni gələn başçı köhnənin qurub yaratdığını məhv etməlidir. Mən sadəcə faktları görmüşəm. Məsələn Gəncəyə bir çox başçılar rəhbərlik edib. Hər birinin dövründə az da olsa memarlıq üslubu dəyişib. Daha sonra Elmar Vəliyev gəldi. O da fərqli bir memarlıq üslubu yaratdı. Bu cür dəyişiklik həm gözü yorur, həm də yaddaşımızda daimi qalmır. Ən düzgün yol  baş memarın verdiyi qərardır. Həmçinin, qədim tarixə malik olan şəhərin tez-tez  dəyişdirilməsi  o yerlərdə məskunlaşan insanların da əhvalına təsir edir”.

 

Heykəltəraş Azərbaycanda memarlıq üslubu dəyişməyən şəhərdən də söz açıb.

 

“Məsələn, Azərbaycanda Şəki şəhərinin adını rahatlıqla çəkmək olar. O baxımdan ki, şəhərə nə qədər icra başçısı gəlib-getsə də Şəki öz tarixi memarlıq üslubunu, simasını saxlayıb. Yeni tikililər olsa  da, köhnə üslub qorunub saxlanılır”.

 

Xanlar Əhmədov deyir ki, hər yeni başçının şəhərin üslubunu dəyişməsi nişanə qoymaq həvəsindən irəli gəlir.

 

“Hər bir yeni başçının memarlıq üslubunu dəyişməsi yenilik gətirmək istəyindən irəli gəlmir. Sadəcə olaraq hər bir başçı bilir ki, rəhbərlik etdiyi rayonda müvəqqətidir. Ona görə də özlərindən sonra bir nişanə qoymaq istəyirlər. Məsələn, illər keçəcək deyəcəklər ki, filan icra başçısının dövründə tikilən bina və sairə. O da istənilən nəticəni vermir. Çünki yeni gələn köhnənin tikib qurduğunu unutdurur. Hər bir rayona dövlət  başçısı büdcədən maliyyə ayırır. Bu zaman həmin maliyyə şəhərin abadlaşdırılmasına, gözəlləşməsinə sərf edilir. Biz demirik ki, yeni tikililər olmasın. Olsun. Çünki hansısa şəhər ancaq mərkəzdən ibarət deyil. Bunun kəndləri, qəsəbələri var. Ona görə də mərkəzdən kənarda da tiklililər aparıla bilər”.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zelenskinin daxili və xarici siyasəti necə olacaq? - Politoloq şərhi 21 Aprel 2019, 22:41 Salyandakı ağır qəzada 1 nəfər öldü 21 Aprel 2019, 22:17 Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49