Modern.az

Elza Seyidcahan: ““Səni deyirlər” mənim havam deyil”  

Elza Seyidcahan: ““Səni deyirlər” mənim havam deyil”    

11 Sentyabr 2018, 11:44

Güney Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz olaraq ifa edilən, "Səni deyirlər" rəqs havası bir neçə gündür sərhədləri aşaraq, dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların kampaniyasına çevrilib. 

Güneyli soydaşımız Alireza Şərifzadənin ifa etdiyi "Səni deyirlər" havası Azərbaycan Respublikasında da geniş əks-sədaya səbəb olub. İnsanlar ölkənin hər yerində “Səni deyirlər”in sədaları altında rəqs edərək, videolarını sosial şəbəkələrdə paylaşırlar.

Güney Azərbaycandakı Urmiya gölünün qurumasına etiraz kampaniyasına təkcə sadə insanlar deyil, siyasi və ictimai xadimlər də qoşulub.

Bir sözlə, mahnı və rəqs elementlərini özündə birləşdirən "Səni deyirlər" kampaniyası Arazın o tayında və bu tayındakı insanları birləşdirə bilib.

“Facebook”, “Instagram”, “Twitter”, “Youtube” istifadəçiləri öz videolarını #sənideyirlər haştaqı ilə Azərbaycan, ingilis, rus, fars, ərəb və digər çoxsaylı dillərdə yayırlar.

Bu, son illərin ən böyük həmrəylik aksiyalarından biridir.

Şou-biznes nümayəndələrindən də bu kampaniyanı dəstəkləyənlər, ona qoşulanlar az olmadı.

Amma tez-tez qeyri-adi yeniliklərilə gündəmə gələn müğənni Elza Seyidcahanın bu kampaniyaya münasibəti fərqlidir?

Məsələ ilə bağlı Modern.az-a danışan Elza Seyidcahan deyib ki, Cənubi Azərbaycana dəstək vermək üçün "Səni deyirlər"ə yox, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirinə oynamaq lazımdır.

“Onun musiqisi də, şeiri də Rübabə xanım Muradova tərəfindən ifa olunub. Ondan başqa da bir çox müğənnimiz... Yəni biz hər zaman Cənubi Azərbaycanın dəstəkçisi olmuşuq, gözəl əsərlərlə, aşıq havaları ilə. Ona görə də mən fikirləşirəm ki, belə dəstək arada bir mahnıya rəqs etməklə olmamalıdır, hər zaman davam etməlidir”.

Müğənni bildirib ki, son zamanlar sosial şəbəkələrdə “Səni deyirlər” mahnısına oynayanları görüb.

“Hamının şəxsi işidir, istədikləri rəqsi, istədikləri tərzdə oynaya bilərlər. “Səni deyirlər” mənim havam deyil. Bizim toylarda “Uzundərə”, “Naz eləmə”, “Tərəkəmə”, “Yallı”  və o qədər rəqs çalınır ki, saymaqla qurtarmaq olmaz. Ermənilər də hər zaman pusquda dururlar ki, azərbaycanlılar nə zaman musiqilərindən uzaqlaşsa, həmin musiqiləri özününküləşdirsinlər. Bu gün bizim dövlətimiz Azərbaycan musiqisini yetərincə təbliğ edir, musiqimizin inkişafına dəstək verir. Amma bəzi insanlar var ki, onlar Azərbaycan musiqisini xalqın yaddaşından silmək istəyirlər.
Bəzi müğənnilər guya, Cənubi Azərbaycana dəstək məqsədi ilə “Səni deyirlər, məni dəyirlər” oynayırlar, mən gözlərdim ki, onlar dəstək məqsədilə Şəhriyarın “Heydər babaya salam” mahnısına da oynasınlar. Pis musiqi yoxdur, oxuyanlar da, oynayanlar da sağ olsunlar.
Amma söhbət məndən gedirsə, mən heç bir zaman bunu etmərə. Arzu edərdim  ki, bizim insanlar Azərbaycanın klassik mahnıları, əsərləri var, onları oynamaqla trend etsinlər. Etirazlarını da, dəstəklərini də həmin mahnıları oynayaraq bildirsinlər. Biz o musiqilərlə özümüzü təqdim edirik. Cənubi Azərbaycan bizim canımızdı, biz hər zaman dəstək olmağa hazırıq”.


Elza Seyidcahan deyir ki, hər yerin klassik musiqisi kimi ara musiqisi də var.

 

“Mən elə düşünürəm ki, “Səni deyirlər” mahnısı da ara musiqilərindəndir. Bəziləri bilmir bəlkə, amma biz ki, musiqinin incəliklərini bilirik. Bizim bəzi müğənnilərimiz var haya-küyə düşüblər, elə bilirlər ki, düzgün bir şey edirlər. Sən Şəhriyarın “Heydər babaya salam” şeirinə bəstələnmiş mahnını oxu de ki, “mən də belə dəstək verirəm”.
“Səni deyirlər” musiqisi mənim ruhum deyil, nə dinləyirəm, nə də oynayıram.  Kim necə oynayır oynasın, öz işləridirir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu