Arxiv
11 Sentyabr 2018, 11:56 | PARLAMENT
Hadi Rəcəbli: “Digər antimilli ünsürlərin də aqibəti Fəxrəddin Abbaszadəninki kimi olacaq”  

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Lənkərandan olan deputat Hadi Rəcəbli Modern.az-a açıqlamasında separatçı şəxsin həbs edilməsini müsbət qiymətləndirdiyini bildirib:

“Azərbaycan müstəqilliyini ikinci dəfə əldə edib. Üzərində “Azərbaycanlı” sözünü gəzdirən hər bir şəxs onu qorumalı, dövlətimizin ömürlük olmasına çalışmalıdır. Bunun üçün  hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Çox təəssüf ki, Facebook-da, müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə, Azərbaycan liderləri əleyhinə ardıcıl, sistemli kampaniya aparılır. Bu  kampaniya bir sıra beynəlxalq, anti-millət, anti-dövlət, anti-demokratik qurumlar tərəfindən təşkil olunur.  Onların məqsədi dövlətləri kiçiltmək, parçalamaq və hakimiyyəti ələ keçirərək, idarə etməkdir”.

H.Rəcəbli bu yolu tutanların da aqibətinin Fəxrəddin Abbaszadə ilə eyni olacağını bildirib:

“Mən bu hadisəni alqışlayıram. Bu həbs eybəcər fikirlər səsləndirən Orduxanlara, Qurban Məmmədovlara və digərlərinə dərs olmalıdır. Dövlətimiz əleyhinə çağırışlar edən bu adamlara qarşı da müvafiq addımlar atılmalıdır. Onlar da Azərbaycan dövləti qarşısında cavab verməlidirlər. Ölkəmizin içərisində də buna bənzər saytlar, sosial şəbəkə səhifələri mövcuddur. Dövləti zəiflətmək, tanınmış məmurları nüfuzdan salmaq, dövlət başçısını ləkələmək istiqamətində aparılan işləri təşkil edənlər mütləq cəzalandırılmalıdır. Onlara qarşı da ifşaedici addımlar atılmalıdır”.

 

Deputat qeyd edib ki, separatçı Fəxrəddin Abbaszadənin həbsi Azərbaycan dövlətinin gücündən xəbər verir:

“Sonuncu hadisə o deməkdir ki, separatçılar orda-burda boş-boş qışqırmaqla, danışmaqla heç bir şeyə nail ola bilməyəcəklər. Dövlətimizi zəiflətmək istəyən, adlı-sanlı insanlarını hörmətdən salmaq mövqeyini sərgiləyənlər qanunlar, beynəlxalq hüquq normaları daxilində mütləq cəzalanacaqlar”.

 

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmalar Dövlət Təhlükəsizlik Xidmətilə (DTX) birgə aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37