Modern.az

Deputat: “Fəxrəddin Abbaszadə yalvaracaq...”

Deputat: “Fəxrəddin Abbaszadə yalvaracaq...”

Parlament

11 Sentyabr 2018, 14:18

Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

 

Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə Modern.az-a açıqlamasında Fəxrəddin Abbaszadənin həbsinə sevindiyini bildirib:


“Azərbaycan xalqının çörəyini yeyən, Azərbaycan xalqının içərisində “göyərən” insanın başqa ölkələrdə dövlətimizə qarşı formalaşdırmaq istədiyi mənfi fikirlərə dəstək verməsi utancvericidir. Fəxrəddin Abbasovun hazırkı durumu onun törətdiyi əməllərə görə aldığı cəzadır. Belələri həm qanun qarşısında, həm də Allah qarşısında cavab verəcək”.


Deputat qeyd edib ki, xalqına üz çevirən bütün insanların aqibəti o separatçının aqibəti kimi olacaq:

“Bundan sonra Azərbaycana ekstradisiya olunacaq. Gələnə qədər ermənilərə qulluq edən, onların fikrinə dəstək verən Fəxrəddin Abbaszadə Azərbaycanda olanda “mənim xalqım, mənim millətim” deyib yalvaracaq. Öz dövlətinə, xalqına, millətinə xain çıxan adamlar bu cür hərəkətlərə qadirdir. O bilmir ki, buna qədər Azərbaycanın apardığı siyasəti qonşu dövlətlər dəstəkləyir. İstər Rusiyada olsun, istər Türkiyədə olsun, istərsə də digər ölkələrdə olsun, o cəzasına çatmalı idi. Xaricdə oturub, başqa ölkələrin süfrəsinin qırıntılarını yeyənlərin sonu bax, belə olur. Qoy başqaları da dərs götürsün”.


Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmalar Dövlət Təhlükəsizlik Xidmətilə (DTX) birgə aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır