Modern.az

İnterpolun siyahısındakı itkin azərbaycanlılar – SİYAHI+FOTOLAR

İnterpolun siyahısındakı itkin azərbaycanlılar – SİYAHI+FOTOLAR

Ölkə

12 Sentyabr 2018, 11:04

Daimi iqamətgahı Fransanın Lion şəhərində yerləşən İnterpolun (Beynəlxalq Cinayət Polisi İdarəs) itkin düşmüşlər siyahısında 10 nəfər azərbaycanlının adı keçir.

 

Modern.az-ın İnterpolun rəsmi saytına istinadən məlumatına görə, itkin düşmüşlər siyahısında olan azərbaycanlıların ən yaşlısı 60, ən kiçiyi isə 20 yaşındaddır.

 

Onlar haqqında məlumatları təqdim edirik.

 

Ruslan Budaqov – 1971-ci ildə Sumqayıtda anadan olub. 1996-cı ildə, 25 yaşında itkin düşüb.

 

Dilqəm Qurbanov – 1967-ci ildə anadan olub. 2001-ci ilin iyunun 21-də Minskdə itkin düşüb.

 

 

Elvin Həsənov – 1990-cı ildə anadan olub. 2015-ci ilin aprelin 5-də Azərbaycanda itkin düşüb.

 

Həzi İmanov – 1988-ci ildə doğulub. 2013-cü ilin iyununda Türkiyənin Hatay şəhərində itkin düşüb.

 

Famil İsgəndərov – 1966-ci ildə doğulub. 1993-cü ildə Azərbaycanda itkin düşüb.

 

 

Mircəfər Piriyev – 1958-ci ildə anadan olub. 1996-cı ilin fevralında Azərbaycanda itkin düşüb.

 

 

Fatimə Rəşidzadə - 1998-ci ildə Bakıda doğulub. 2011-ci ilin noyabrın 25-də, 3 yaşında elə Bakıda itkin düşüb.

 

 

Onun bacısı Arifə Rəşidzadə də eyni gündə itkin düşüb. Arifə Rəşidzadə 1996-cı il təvəllüdlüdür.

 

 

Nazim Sərdarov – 1970-ci ildə doğulub. 1997-ci ilin avqustunda Azərbaycanda itkin düşüb.

 

Vəlibəyova Evelin – 1987-ci ildə anadan olub. 2011-ci ildə Amerikanın Boston şəhərində itkin düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır