Arxiv
12 Sentyabr 2018, 11:40 | ÖLKƏ
8 min ərəbin Bakıda QİÇS-ə yoluxması iddiasına rəsmi CAVAB: “8 əcnəbi qeydə alınıb”

İraqlı bloger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük rezonansa səbəb olub.

Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.

Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.

Reportajda ərəblərin gecə klubunda əylənməsi, fahişələrlə qiymət bazarlığı və oteldən görüntüləri də əks olunub.

 

“Blogerin iddiaları absurddur”

 

Məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib:

 

“Ümumiyyətlə, Azərvbaycanda heç o qədər QİÇS-lə yoluxan xəstə yoxdur. Bu, sensasiya xatirinə səsləndirimiş qeyri-real rəqəmdir. Bu, həmin blogerin məsuliyyətsizliyindən irəli gəlir. Bilirsiniz, birdən-birə 8 min insanın QİÇS-ə yoluxması fikrini səsləndirmək əslində dezinformasiyadan başqa heç nə deyil. Bunlar Azərbaycanı sevməyən insanların səsləndirdiyi fikirlərdir”.

E.Alməmmədova fikrini əsaslandırmaq üçün rəsmi rəqəmləri də açıqlayıb:

 

“2018-ci ilin 6 aylıq rəqəmlərinə əsasən, Azərbaycanda 5937 İİV-lə (İnsanda İmmunçatışmazlığı Virusu) yaşayan insan rəsmi olaraq qeydiyyatdadır. Onlardan 1733 nəfəri (30 %) qadınlar, 4204 nəfəri (70 %) kişilərdir. QİÇS mərhələsində olan xəslərin sayı isə 2080 nəfərdir”.

 


Azərbaycanda QİÇS-dən ölənlər...


Mərkəz direktorunun sözlərinə görə, Azərbaycanda ümumilikdə 904 nəfər QİÇS xəstəliyindən ölüb:

“Azərbaycanda ilk dəfə QİÇS 1992-ci ildə aşkarlanıb. 1992-ci ildən bugünədək ümumilikdə 904 nəfər bu xəstəlikdən dünyasını dəyişib”.

 

“Cəmi 8 nəfər əcnəbi qeydiyyata götürülüb”

 

Mərkəz rəhbərinin sözlərinə görə, 6 ay ərzində yeni qeydiyyata götürülənlərin sayı 306 nəfərdir:

 

“Onlardan yalnız 8 nəfəri əcnəbilərdir. Amma onların arasında da ərəblər yoxdur. Əslində bunlar da azərbaycanlılardır, amma Gürcüstanda, Rusiyada yaşayırlar. Həmin ölkələrin vətəndaşları olduqları üçün, onları öz vətəndaşımız kimi qeydiyyata sala bilmirik. Qalan 298 nəfəri yerli vətəndaşlardır”.

 

Azərbaycanda ən çox İİV bu vasitə ilə yayılır

 

E.Alməmmədova xəstəliyə yoluxma yollarınından da danışıb:

“Yeni xəstələrdən 33 nəfəri ineksiya vasitə ilə, 173 nəfəri heteroseksual yolla, 20 nəfəri homoseksual kontakt nəticəsində yoluxub. 2 nəfərdə xəstəlik anadan uşağa yoluxdurulub. 70 nəfərin yoluxma səbəbləri araşdırma mərhələsindədir.

Yeni qeydiyyata alınanlardan Azərbaycan vətəndaşı olanların 105 nəfəri qadınlar, 193 nəfəri kişilərdir”.

 

“Xəstələri müalicə edirik”

 

E.Alməmmədova qeyd edib ki, bu cür xəstələri qeydiyyata almaqla kifayətlənmirlər:

“Bizim işimiz onları müalicə etməkdir. Ona görə də bu insanlardan 4568 nəfəri anti-virus terapeyaya cəlb olunub. Məqsəd xəstəliyin SPİD mərhələsinə keçməsinin qarşısının alınmasıdır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38