Arxiv
12 Sentyabr 2018, 13:22 | ƏDƏBİYYAT
Bir addım irəli çıxsın o adam!

Zülfüqar Rüfətoğlu

Bir addım irəli çıxsın o adam!
Gecəni yatmışıq biz səksəkədə,
Axşam bir “hürriyyət” sözü işlədib,
Səhər tırtıl izi vardı səkidə…

- Bir addım irəli çıxsın o adam!!!
O adam bu sözü üfürüb yelə,
Yelbeyin adamlar alıb yayıblar,
Hələ dil açmayan çağalar belə,
Sübhəcən “hürriyyət” sayıqlayıblar…

- Bir addım irəli çıxsın o adam!!!
O adam bu sözü deyəndən bəri,
Elə bil kəsilib elin ruzusu,
Daha görməzsiniz dəm İskəndəri
Yüz qram hürriyyət olub arzusu…
- Bir addım irəli çıxsın o adam!!!

Çıxıb yadımızdan iman da, din də,
Yüyən-zad tanımır nə dil, nə ağız,
Tapılmır aptekdə valokardin də,
Elə bil qayıdıb adamlığımız…
- Bir addım irəli çıxsın o adam!!!

- Bir addım irəli çıxsın o adam!!!
Çaxmaq şaqqıldadı, çəkildi tətik,
O söz başımızı xarab eləyib,
Yoxsa o adamı nə göstərərdik…
- Bir addım irəli çıxsın o adam!!!

-Bir addım irəli çıxsın o adam,
Üçəcən sayıram, öləcəksiniz,
…Gözlərdə barışdı ürəklə beyin,
Zilləndi yazığa nəzərlərimiz…
Bir addım irəli çıxdı o adam…

Bir addım irəli çıxdı o adam,
Bir sıra gözünü zillədi ona,
Sıradan bir addım qabaqda olmaq,
Doğrudan yaraşdı zalım oğluna…

Tuşlandı lülələr düz sinəsinə,
Çevrilib son dəfə baxdı o adam…
Qırpıldı gözümüz güllə səsinə,
Daha heç açmarıq…Yoxdu o adam…

…Və birdən sarsıldım özüm bu səsə,
Dondu, laxtalandı damarımda qan,
“İtaət” bağırmaq istədim, nəysə,
“Hürriyyət” sədası qopdu ağzımdan…
- Bir addam irəli çıxsın o adam!!! 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Salyandakı ağır qəzada 1 nəfər öldü 21 Aprel 2019, 22:17 Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26