15 dekabr 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Qulu Məhərrəmlidən Dövlət Dil Komissiyasına etiraz – QALMAQAL
Qulu Məhərrəmlidən Dövlət Dil Komissiyasına etiraz – QALMAQAL
12.09.2018, 14:59

Xəbər verdiyimiz kimi, bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndəsi Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciət edib. 

Müraciətdə Azərbaycan ədəbi dilinin uçuruma yuvarlandığı vurğulanır. 

Ciddi narahatlığa səbəb  Azərbaycan Milli Elmlər Akademiyasının  Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun bir neçə ay öncə ictimaiyyətin müzakirəsinə təqdim etdiyi “Orfoqrafiya qaydaları” layihəsidir.

Layihə barədə hər iki tərəf üz-üzə gəlib. 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova  və Azərbaycan Milli Elmlər Akademiyasının Ofoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müraciətə cavab olaraq mətbuata açıqlamalar veriblər.

 

Dövlət Dil Komissiyasına müraciət edənlərdən biri, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında fikirlərini bu cür izah edib.

 

“Əvvəla, onu deyim ki, bir qrup elm və mədəniyyət xadiminin yeni “Orfoqrafiya qaydaları layihəsi” ilə bağlı Dövlət Dil Komissiyasına müraciəti cəmiyyətimizdə dəyərlərə həssas münasibət mənasında müsbət hadisədir. İkincisi də cəmiyyətin müəyyən bir qisminin yazı qaydalarında nəzərdə tutulan dəyişikliklərlə bağlı öz narahatlığını ifadə etməsi burada ciddi problemin olduğunu göstərir. Halbuki təxminən ay yarım əvvəl Dil komissiyasının üzvlərindən biri mediaya yanlış olaraq demişdi ki, guya orfoqrafiya layihəsi ilə bağlı heç bir etiraz yoxdur, yəni işlər yağ kimi gedir. Amma bu müraciət həmin əminliyin əsassız olduğunu üzə çıxarır və ana dili ətrafında sıxlaşan qara buludlar barədə cəmiyyətə ciddi mesajlar verir. Mən xüsusən lazımsız dəyişikliyin praktik zərərini indidən görən orta məktəb müəllimlərinin həyəcanını başa düşürəm. Dil Komissiyası üzvlərinin bəzilərinin reaksiyasına da normal baxıram. Hərçənd onların kor-koranə müdafiə tərzini, "yalnız biz deyənlər doğrudur" düşüncəsini anlamaq çox çətindir. Məncə, fərqli fikirdə olanları “ajiotaj yaratmaqda” ittiham etmək və onlara qarşı kampaniya aparmaq yox, intonasiyanı dialoq ruhuna kökləmək, enerjini müzakirənin predmerinə yönəltmək, mübahisələri elmi prinsiplər əsasında çözmək daha effektli olardı”.

Professorun sözlərinə görə, müraciət kifayət qədər əsaslı yazılıb.

 

“Ana dilimizin qaydalarının sabitliyinin vacibliyi, zərurət olmadan söz və qayda dəyişmələrinə aludəçiliyin yolverilməzliyi, təklif edilən dəyişikliklərin yaradacağı potensial təhlükə elmi cəhətdən dürüst əsaslandırılıb. Vəzifə adamlarının reaksiyasından başqa mətləblər də anlaşılır.

 

Məsələn, belə qənaətə gəlmək olur ki, müraciət və etirazlardan asılı olmayaraq “nəzərdə turulmuş əməliyyat” gerçəkləşdiriləcək, çünki bu adamlar artıq bitmiş bir proses barədə danışırlar. Bir də açıqlama vermiş Komissiya üzvlərinin indiki “yazı qaydalarını sadələşdirmək lazımdır”, “orfoqrafiya qaydaları təkcə ziyalılar üçün yox, hamı üçündür” kimi tezisləri ana dilinə ciddi təcavüzdən xəbər verir”.

 

Qulu Məhərrəmli sözlərin orfoqrafik qaydalarına da toxunub.

 

“Bir də məndə belə təsəvvür yaranır ki, orfoqrafiyaya edilmiş bəzi yersiz və zərərli təkliflər dilin təbii inkişafından yox, dil bilgisi və dil duyğusu zəif olan ayrı-ayrı vəzifəli şəxslərdən qaynaqlanır. Məhz bu adamlar məsələni inzibati yolla həll etməyə çalışırlar. Məsələn, tam əminəm ki, heç bir zərurət olmadan qoşa “y”-nin birinin ixtisar edilməsi “ideyası”nı bir qrup vəzifəli şəxs, onların tabeliyində və əhatəsində olan şəxslər müdafiə edir. Bəzi adamlar, o cümlədən müstəqil olmayan bir qrup dilçi də ana dilində ciddi dolaşıqlıqlar yaradacaq belə üzdəniraq dəyişikliyə bəraət qazandırmağa çalışırlar, amma bu məsələdə təklif etdikləri “fonetik prinsip” tamamilə yanlış və zərərlidir. Dil mühafizəkarlığı sevir. Ana dilində hansısa söz və ya qaydanı dəyişmək fövqəladə hadisədir, amma bizimkilər bunu az qala əyləncəli vərdişə çeviriblər. İngilis dilində 13-cü əsrdən bu yana bir vergül də dəyişməyib, həmin dildə, eləcə də alman və fransız dillərində bir neçə hərf birləşib bir səsi ifadə edir.

 

Yaxud sözün axırında birdən-birə bir neçə hərf yazılsa da oxunmur, amma heç bir ingilisin və ya fransızın ağlına həmin hərfləri ixtisar etmək ideyası gəlmir. Yəni dilə, onun sabit qaydalarına, oturuşmuş sözlərə və prinsiplərə hörmət etmək lazımdır. Bunu bizdən ən azı ana dilimizin kəşməkəşli tarixi, bu tarixin acı təcrübəsi və bir də “Dövlət dili haqqında qanunun ruhu tələb edir”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
15.12.2018, 09:04

Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü

Tramp və Ərdoğan arasında telefon danışığı olub
15.12.2018, 08:57

Tramp və Ərdoğan arasında telefon danışığı olub

Tanınmış meyxanaçı
15.12.2018, 00:53

Tanınmış meyxanaçı "Maşın"dan getdi

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR
15.12.2018, 00:42

İlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLAR

“Milan” klubu cəzalandırıldı
15.12.2018, 00:25

“Milan” klubu cəzalandırıldı

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO
15.12.2018, 00:09

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO

Azərbaycan nefti ucuzlaşdı
14.12.2018, 23:56

Azərbaycan nefti ucuzlaşdı

İsraildə də aksiyalar başladı
14.12.2018, 23:46

İsraildə də aksiyalar başladı

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp
14.12.2018, 23:29

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı
14.12.2018, 23:14

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü
14.12.2018, 23:00

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü

“Möhtəşəm planlarım var”- Emin Ağalarov
14.12.2018, 22:51

“Möhtəşəm planlarım var”- Emin Ağalarov

Çin Amerika avtomobillərindən vergi almayacaq
14.12.2018, 22:38

Çin Amerika avtomobillərindən vergi almayacaq

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi
14.12.2018, 22:26

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi

Kanadada qiymətli almaz tapıldı
14.12.2018, 22:10

Kanadada qiymətli almaz tapıldı

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı
14.12.2018, 21:56

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı

Alimdən XƏBƏRDARLIQ:
14.12.2018, 21:42

Alimdən XƏBƏRDARLIQ: "Vulkanların yaxınlığında evlərin olması təhlükəlidir"

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb
14.12.2018, 21:27

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi
14.12.2018, 21:15

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır
14.12.2018, 21:02

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır

Zəhərlənmədə 12 nəfər öldü
14.12.2018, 20:46

Zəhərlənmədə 12 nəfər öldü

Parisin müdafiəsinə 8 min polis cəlb edildi
14.12.2018, 20:33

Parisin müdafiəsinə 8 min polis cəlb edildi

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı
14.12.2018, 20:16

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi
14.12.2018, 20:03

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü
14.12.2018, 20:00

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi
14.12.2018, 19:46

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi

Lavrov Tahir Salahovun sərgisində olub
14.12.2018, 19:29

Lavrov Tahir Salahovun sərgisində olub

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI
14.12.2018, 19:20

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar
14.12.2018, 19:09

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI
14.12.2018, 19:00

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT
14.12.2018, 18:52

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
14.12.2018, 18:43

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO
14.12.2018, 18:34

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO
14.12.2018, 18:25

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN
14.12.2018, 18:10

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı
14.12.2018, 17:57

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı
14.12.2018, 17:44

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı

Bakcell növbəti müsabiqə elan etdi
14.12.2018, 17:22

Bakcell növbəti müsabiqə elan etdi

Manat 3 gün bu məzənnədə olacaq
14.12.2018, 17:10

Manat 3 gün bu məzənnədə olacaq

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı   
14.12.2018, 17:07

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı  

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR
14.12.2018, 17:05

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!
14.12.2018, 17:02

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 
14.12.2018, 17:00

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 

UNEC yeni əməkdaşlığa başlayır
14.12.2018, 16:55

UNEC yeni əməkdaşlığa başlayır

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI
14.12.2018, 16:49

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı
14.12.2018, 16:37

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  
14.12.2018, 16:34

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək
14.12.2018, 16:30

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO
14.12.2018, 16:29

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO
14.12.2018, 16:24

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO

ARXİV