Modern.az

“Elçibəyi aşağılayan fikirləri lənətləyirəm” - Deputatdan Tolikə ağır cavab

“Elçibəyi aşağılayan fikirləri lənətləyirəm” - Deputatdan Tolikə ağır cavab

12 Sentyabr 2018, 18:39

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı aparıcı Tarix Əliyevin (Tolik) Əbülfəz Elçibəy haqda fikirlərini pisləyib.

 

Modern.az xəbər verir ki, deputat bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilib:

 

“Sosial şəbəkələrdə Xəzər TV-nin aparıcılarından olan Tarix Əliyevin (Tolik) Əbulfəz Elçibəyi aşağılayan fikirlərini qətiyyətlə pisləyir və lənətləyirəm.

 

Bunu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə xüsusi yeri ilə fərqlənən Ə.Elçibəyin və onunla bərabər olan, bütün anbisiyalardan uzaq, bütün varlığılə bu mübarizədə iştirak edən çoxmilyonlu xalqımıza qarşı təhqir kimi qiymətləndirirəm.

 

Mən Ə.Elçibəyin hakimiyyət dövrünü kəskin tənqid edənlərdən biriyəm və düşüncələrimdə dəyişməzəm. Lakin Ə.Elçibəyin, hətta adi soydaşımızın belə, şəxsiyyətinin təhqir olunmasını tamamilə yolverilməz hesab edirəm.

Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri inkar olunmazdır. Həqiqətən də Ulu Öndərimiz olmasa idi ölkəmiz hələ də fəlakətlər içərisində çırpınmaqda idi. Bu nəhəng tarixi şəxsiyyətin adını önə çəkərək, milli müstəqilliyimizin və məmləkət  bütövlüyümüzün səmimi carçılarından biri olan Ə.Elçibəyi bu dərəcədə aşağılamaq mənəviyyatsızlıq və tərbiyyəsizlikdir. Belə birisinə ekran müstəvisdində böyük auditoriya vermək qəbuledilməzdir”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı