Modern.az

YAP-dan Qarabağ mitinqi ilə müraciətə CAVAB   

YAP-dan Qarabağ mitinqi ilə müraciətə CAVAB    

Aktual

12 Sentyabr 2018, 18:44

Qarabağ Komitəsinin bu gün keçirilən iclasında komitənin üzvləri  29 sentyabra təyin edilən Qarabağ mitinqinə hazırlıq işlərini müzakirə ediblər. Qarabağ Komitəsi üzvlərinin 29 sentyabr mitinqi ilə bağlı imzaladıqları müraciət Bakı şəhər İcra hakimiyyətinə göndərilib. Bəs görəsən Qarabağ  Komitəsi Yeni Azərbaycan Partiyasına da mitinqdə birgə iştirakla bağlı müraciət ünvanlayıbmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, bu gün keçirdikləri mətbuat konfransında Qarabağla bağlı miting keçirmək razılığına gəlinib.

“ Komitə üzvlərinə müraciət olundu, o cümlədən  Yeni Azərbaycan Partiyasına da müraciət ünvanladıq ki, bizim keçirəcəyimiz mitinqdə iştirak etsinlər. YAP-ın 600 min üzvü var, onlar da Azərbaycan vətəndaşıdır, onlar da Qarabağın azadlığını istəyirlər, çox istəyrik ki, onlarda mitinqə qatılsın. Biz Qarabağ komitəsini yaradanda yazılı şəkildə YAP-ın icraçı katibi Əli Əhmədova məktub ünvanladıq ki, biz YAP-da Qarabağ komitəsində, Qarabağ mitinqində iştirak etsinlər. Ancaq onlardan bizə cavab verilmədi. Bizim mövqeyimiz belədir ki, hər bir Azərbaycan vətəndaşı bu mitinqdə Qarabağın azadlığı tələbində iştirak etməlidir”.

 

Akif Nağı bildirib ki, YAP bundan əvvəlki tədbirlərdə də rəsmi qaydada dəstək verməyib.

“YAP tərəfindən rəsmi dəstək verilməsə də QAT-ın üzvlərinin sırasında YAP-ın üzvləri də var, onlar da bizim tədbirlərdə, aksiyalarda iştirak edirlər. Yəni QAT-ın üzvləri olaraq”.

 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib ki,  əgər Dağlıq Qarabağ məsələsi ilə bağlı mitinq keçirilirsə Yeni Azərbaycan Partiyası özü keçirərər.

 

“Bu baxımdan biz belə məsələlərə ayrıca bir qüvvə kimi çıxmağa üstünlük veririk. Hansısa təşkilat mitinq keçirmək istəməsi onların hüquqlarıdır, yerli icra hakimiyyəti bu məsələdə rəy bildirməkdə sərbəstdir”. 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir