Modern.az

Nazir elektron qeydiyyat sistemindən danışdı

Nazir elektron qeydiyyat sistemindən danışdı

12 Sentyabr 2018, 20:43

“Elektron sistemin tətbiq olunması nəticəsində valideynlərin təhsilə qeydiyyat baxımından yanaşma xüsusiyyəti  fərqlənib. Bu il səhv etmirəmsə, təxminən 80 şagird  qeydiyyatdan keçib. İnanın ki, bu,  təhsilin idarə edilməsi prizmasından,  düzgün idarəetmə qərarlarının qəbul edilməsi baxımından çox vacib göstəricidir". Modern.az xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov elektron qeydiyyat məsələlərindən danışarkən bildirib.

 

Nazir bildirib ki, bu müsbət təcrübəni nəzərə alaraq, bu ildən etibarən elektron qeydiyyat artıq Sumqayıt və Gəncə şəhərləri, o cümlədən, Abşeron rayonunda aparılır: "Növbəti illər ərzində biz bu təşəbbüsün coğrafiyasının genişləndirilməsi istiqamətində müvafiq addımlar atacayıq. Bu ildən ilk dəfə olaraq məktəbəhazırlıq qruplarında da elektron qeydiyyat prosesi ilə qəbul aparılıb və bu proses növbəti illərdə də genişlənəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi