Modern.az

Tovuzdakı bıçaqlanmanın təfərrüatları məlum oldu

Tovuzdakı bıçaqlanmanın təfərrüatları məlum oldu

12 Sentyabr 2018, 22:11

Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun 1976-cı il təvəllüdlü Alakol kənd sakini Məmmədov Azər Aqil oğlu əslən Şəmkir rayonundan olan Elşən Ələsgərovla mübahisə edib.

 

Nəticədə tərəflər arasında dava düşüb. Bu zaman E.Ələsgərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Lakin o, evdən bıçaq götürərək yenidən A.Məmmədovun yanına qayıdıb və onu bıçaqlayıb.

 

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. E.Ələsgərovun vəziyyəti isə orta-ağırdır.

 

Hadisənin hansı səbəbdən baş verdiyi Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi