Modern.az

Müəllimlərin əmək müqaviləsi bu halda uzadıla bilər

Müəllimlərin əmək müqaviləsi bu halda uzadıla bilər

12 Sentyabr 2018, 22:40

Çalışmanın yaş həddinə çatmış müəllimlərlə əmək müqaviləsinin müddəti müəyyən tələblər, meyarlar və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər.

Modern.az xəbər verir ki, əmək müqaviləsinin uzadılması üçün nəzərə alınan həmin meyar və tələblər bunlardır:

Son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;

Elmi dərəcə və ya elmi adının olması;

Dövlət təltifi ilə təltif edilməsi;

Attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;

Müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması; 

Müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; 

Səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;

İşlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Qeyd edək ki, müəssisə rəhbəri yalnız tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında əmək müqaviləsini uzada bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?