Modern.az

Bakıda qadının brilliant üzüyünü alıb qaçdılar

Bakıda qadının brilliant üzüyünü alıb qaçdılar

12 Sentyabr 2018, 22:56

Bakıda naməlum şəxslər 81 yaşlı qadını evində qarət edib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Sovxoz küçəsi, ev 12, mənzil 1 ünvanında baş verib.

 

Həmin mənzildə yaşayan 1937-ci il təvəllüdlü Nağıyeva Xədicə Bəhlul qızı evində tək olduğu zaman 2 nəfər naməlum şəxs evə basqın edib.

 

Həmin şəxslər qadını hədələyərək onun barmağındakı brilyant qaşlı üzüyü çıxarıb qaçıblar.

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir