Modern.az

Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı

Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı

Aktual

12 Sentyabr 2018, 23:28

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb. Modern.az “Report”a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü yerli sakin Əliyeva Turan Yadigar qızı yaşadığı 4-cü mikrorayon ərazisindəki binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yerə yıxılıb.

 

Nəticədə ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Yaxınları hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, dəqiq səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür