Modern.az

Netanyahudan Avropa ölkələrinə ittiham

Netanyahudan Avropa ölkələrinə ittiham

12 Sentyabr 2018, 23:56

İsrail baş naziri Binyamin Netanyahu Avropa ölkələrini Tehran rejiminə müqavimət göstərməməkdə ittiham edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin iclasında dünya birliyini terror təşkilatları ilə mübarizə üçün birləşməyə çağırıb.

 

O qeyd edib ki, İŞİD-lə (“İslam Dövləti” qruplaşması ) bağlı məsələdə bu tendensiya sezilsə də, İrana münasibətdə müşahidə olunmur.

 

Netanyahu Avropa dövlətlərini ABŞ prezidenti Donald Trampın Tehran rejiminə qarşı yönəlik səylərinə dəstək verməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!